Yuxarı

Əhməd Cavadın şeiri “yoxlanır”, ruslar cavab yazır ki…

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əhməd Cavadın şeiri “yoxlanır”, ruslar cavab yazır ki…

Bu gün Azərbaycanın unudulmaz istiqlal şairi Əhməd Cavadın doğum günüdür.

Kult.az şair haqqında 6 faktı təqdim edir:

1. Gəncədə Şah Abbas məscidinin nəzdində fəaliyyət göstərən ruhani seminariyasında təhsil alan zaman Hüseyn Cavid, Abdulla Sur, Şeyxülislam Pişnamazzadə kimi ziyalılardan dərs alıb. Hüseyn Cavidlə tez-tez ünsiyyətdə olub, şeirlərini dinləməsi Əhmədi də yazmağa ruhlandırıb.

2. 1912-13-cü illərdə könüllü olaraq türk ordusuna qatılır və Balkan müharibəsində bolqarlara qarşı hərbi əməliyyatlarda iştirak edir.

3. Əhməd Cavad 1918-1920-ci illərdə, 26-28 yaşlarında Azərbaycan milli istiqlalının yorulmaz təbliğatçılarından biri olub.

4. 1937-ci ilin mart ayında Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərinin tərcüməsinə görə ilk mükafata layiq görülməsinə baxmayaraq, həmin ilin 4 iyununda müəllimi H.Cavid, tələbəsi M.Müşfiq və həmyerlisi V.Xuluflu ilə eyni vaxtda həbs olunur.

5. Əhməd Cavad ömür boyu milli istiqlal ideyalarına bağlı olub. Azərbaycanın işğal olunandan sonra da yaradıcılığında rəmzlər və ezop dilindən istifadə edərək fikirlərini xalqa çatdırmağa çalışırdı. Belə şeirlərindən biri də məhz 1925-ci ildə yazdığı “Göy göl” şeiri idi. İddia olunurdu ki, Əhməd Cavad bu şeirdə göydəki ayı-ulduzu, buludun göy rəngini, qurbanlıq quzu kəsiləndə qanında qırmızı rəngi, çəmən-çayırı, otları isə yaşıl rəngə eyham vuraraq, Cümhuriyyətin bayrağını nəzərdə tutur.

6. Tədqiqatçı Aslan Kənanın "XX əsrdə repressiyaya məruz qalanlar" kitabında qeyd olunur ki, Əhməd Cavad 1937-ci ildə həbs olunan zaman “Göy göl”şeirinin tərcümə variantı Moskvaya mütəхəssislərə göndərilir. Mütəxəssislər şeirin yüksək səviyyədə yazıldığı qənaətinə gəlirlər. "Yerli mütəхəssislər" şairi həbsdən azad etmək məcburiyyətində qalsa da, nədənsə müstəntiqin təqdim etdiyi arayışda bu məqam əksini tapmır. Həmçinin Əhməd Cavad haqqında yazılan arayışda məlumatların bir çoxu təhrif olunmuş formada qeyd olunur.

Tarix
2022.05.05 / 13:30
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Bundestaqın nümayəndələri Şuşa və Xankəndidə

Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Ermənistanın cənubu şimalı ilə Naxçıvan vasitəsilə...

Bu razılaşma ilə bağlı problem var, 4 məktub göndərmişik

Tokayev Azərbaycanla bağlı bu sazişi imzaladı

Azərbaycan və Türkiyə hərbçiləri təlimə başladı

Prezident Babişin səfəri ilə bağlı video paylaşdı

İtaliya Naxçıvana hücumu qınadı

Vilayət Eyvazov gürcü həmkarını Bakıya dəvət etdi

Prezident Azərbaycanın iqtisadi vəziyyətindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla