Yuxarı

Aygün Mandelanın aldığı mükafatı aldı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aygün Mandelanın aldığı mükafatı aldı

Azərbaycanlı uşaq yazıçısı Aygün Bünyadzadə Polşada təsis edilmiş "Beynəlxalq Təbəssüm Ordeni"nə layiq görülüb.

Axar.az xəbər verir ki, martın 11-də keçiriləcək təqdimolunma mərasimində iştirak etmək üçün Aygün Bünyadzadə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Polşa Respublikasına səfər edəcək.

Qeyd edək ki, 1968-ci ildə Polşada təsis edilmiş, uşaqlar tərəfindən böyüklərə (onların göstərdiyi mehribanlığa, dostluğa və səbrə görə millətindən, dinindən, yaşadığı yerdən, rəngindən asılı olmayaraq) verilən "Təbəssüm Ordeni"nə bu günə qədər Bill Klinton, Marqaret Tetçer, XIV Dalay Lama, II Papa İohann Pavel, Tereza Ana, İsveç kraliçası xanım Silviya, Stiven Spilberq, Nelson Mandela, Vyaçeslav Kotyonoçkin, Sergey Obraztsov, Peter Ustinov, Astrid Lindqren, Aqniya Barto, Tuve Yansson, Coan Roulinq, Sergey Mixalkov, azərbaycanlı aktyor Ələkbər Hüseynov və başqa çoxsaylı ictimai, siyasi və ədəbiyyat xadimləri layiq görülüb.

Mükafat BMT Baş katibinin qərarı ilə 1979-cu ildən beynəlxalq status daşıyır.

Tarix
2016.03.05 / 18:59
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Paşinyan: Azərbaycanla sülh “təməl daşı” olacaq

Prezidentlərin təkbətək görüşü oldu

Laos prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla