Yuxarı

İngiltərə mətbuatı: “Ərdoğanın bu çıxışı…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İngiltərə mətbuatı: “Ərdoğanın bu çıxışı…”

İngiltərənin "Faynənşl Tayms" qəzeti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın suriyalı qaçqınlara vətəndaşlıq verilməsi ilə bağlı söylədiyi fikirləri şərh edib.

Axar.az xəbər verir ki, məqalədə prezidentin təklifinin nəinki ölkə daxilində ictimai fikri haçalaya, hətta Brüssellə Ankara arasında miqrant sazişinin icrasını mürəkkəbləşdirə biləcəyi qeyd olunub:

"Ərdoğan suriyalılara vətəndaşlıq verməklə qarşıdakı seçkilərdə hakim partiyanın elektoratını genişləndirmək istəyir. Onun bu çıxışı Türkiyə ilə Avropa Birliyi (AB) arasında miqrant axınına dair imzalanmış saziş üçün də çətin suallar yaradır. Məsələ burasındadır ki, AB Türkiyəyə miqrant axınının dayandırılması müqabilində ölkə vətəndaşlarının Avropaya vizasız gediş-gəlişi üçün icazə verməlidir. Ayrıca, Türkiyə ilə imzalanmış bu sazişin icrası üçün AB Ankaradan ölkənin yeni antiterror qanununun ləğv edilməsini tələb edib. Bu güzəşt edilmədən Türkiyəyə Şengen zonasına giriş verilməsi perspektivi suallar doğurur. İndi isə Ərdoğanın bu çıxışı AB liderlərinin ciddi narahatlığına səbəb olacaq. Çünki suriyalı adı ilə İŞİD üzvlərinin Avropaya girişi daha asan olacaq".

Xatırladaq ki, Ərdoğan Kilis vilayətində çıxışı zamanı ölkəyə pənah gətirən təxminən 3 milyona yaxın suriyalıya vətəndaşlıq təklif ediləcəyini deyib.

"Bu gecə mən qardaşlara və bacılara yaxşı bir xəbər vermək istəyirəm. İnanıram ki, qardaş və bacılarımızın arasında Türkiyənin vətənadaşı olmaq istəyənlər var. Türkiyə sizin evinizdir", - Ərdoğan qeyd edib.

Tarix
2016.07.04 / 12:40
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla