Yuxarı

Tarixi an: Əliyev və Paşinyan sülh imzalandığını elan edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarixi an: Əliyev və Paşinyan sülh imzalandığını elan edəcək

ABŞ Bakı və İrəvan arasında əldə olunacaq saziş çərçivəsində Azərbaycan və Ermənistan arasında nəqliyyat dəhlizinin idarə olunması hüquqlarını əldə edə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin verdiyi məlumata görə, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ermənistan və Azərbaycanın liderləri – Nikol Paşinyan və İlham Əliyevlə Ağ Evdə görüşəcək. Görüşün nəticəsi olaraq sülhə aparan konkret yolun tapılması və çoxdan həll olunmamış tranzit məsələsinin həlli məqsədilə çərçivə sülh sazişinin imzalanması gözlənilir.

Mənbələrin verdiyi məlumata görə, Ermənistan ABŞ-a uzunmüddətli dövr üçün “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu” adını alacaq nəqliyyat dəhlizinin inkişafı üzrə eksklüziv hüquqlar verməyi planlaşdırır.

Mənbələr qeyd ediblər ki, bu marşrut Ermənistan qanunvericiliyinə uyğun şəkildə istismar olunacaq, ABŞ isə həmin ərazini infrastruktur və idarəetmə məqsədilə konsorsiuma subarendaya verəcək.

Nəşrin məlumatına görə, danışıqlardan sonra Azərbaycan və Ermənistan liderləri sülh sazişinin imzalandığını elan edə bilərlər.

Qeyd edək ki, bu gün Vaşinqtonda Donald Trampın İlham Əliyev və Nikol Paşinyanla görüşü gözlənilir.

Tarix
2025.08.08 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla