Yuxarı

Müharibə İrana dərs olmadı, İrəvanın işinə qarışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibə İrana dərs olmadı, İrəvanın işinə qarışdı

Başqa dövlətin daxili işlərinə qarışmaq necə olur? Deməli, İranın ali dini lideri Əli Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti Tehranda Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanla görüşündə Vaşinqton razılaşmasını nəzərdə tutaraq “İran öz təhlükəsizliyinə qarşı heç bir addıma dözməyəcək” fikrini səsləndirməklə İrəvana xəbərdarlıq edib. Mövzunu davam etdirən Vilayəti erməni diplomata deyib ki, “regionun taleyini müstəsna olaraq region ölkələri həll etməlidir”. Vilayəti daha “irəli” gedərək “Ermənistanın baş naziri Azərbaycan prezidenti ilə Ağ Evin sahibi Donald Trampın vasitəçilyi ilə ortaq bəyanata imza atmamalı idi” fikrini də söyləyə bilərdi. Bir dəfə həmin Vilayətinin vasitəçiliyi Azərbaycan və Ermənistanın keçmiş liderləri Tehranda ortaq bəyanata imza atdılar, bir gün sonra Şuşa işğal olundu. Daha sizin “məsləhətlərə” qulaq asacaq halımız yoxdur.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Vilayəti Cənubi Qafqaz ölkələrinin daxili işlərinə qarışarkən, bir başqa iranlı rəsmi Livana gedərək bu ölkəyə “ağıl” qoymağa çalışıb. Livan dövləti ölkədəki qanunsuz silahlı qrupları, o cümlədən Hizbullah təşkilatını tərksilah etməyə qərar verib. Bu, Livanın müstəsna hüququdur. Çünki bu qruplaşma tərksilah olunmayınca İsrail Livana istənilən an yenidən hücum edə bilər. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani isə Beyrutda görüşdüyü Livan Prezidenti Cozef Aundu inandırmağa çalışıb ki, Hizbullah təşkilatını tərksilah etməyin. Bu, İranın Livanın daxili işlərinə qarışması deyil, bəs nədir? Livan Prezidenti Əli Larincaniyə açıq deyib ki, bizim daxili işlərə qarışmayın, ölkədə qayda-qanun yaradılmalıdır.

Müharibələr, sanksiyalar İrandakı mühafizəkar dairələrə dərs olmur.

Tarix
2025.08.14 / 14:16
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla