Yuxarı

Ordumuz Pakistanda: Qalib hərbçiləri qarşılayın - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuz Pakistanda: Qalib hərbçiləri qarşılayın - Video

Azərbaycan hərbçiləri Pakistanın Müstəqillik Günü ilə bağlı bu ölkədə keçirilən təntənəli mərasimdə iştirak edib.

Axar.az xəbər verir ki, hərbçilərimiz mərasim zamanı qonaqların qarşısından keçib.

Hərbçilərimizin keçidini təqdim edən pakistanlı spiker mərasimdə iştirak edən qonaqlardan ayağa qalxmalarını xahiş edib:

“Xanımlar və cənablar, zəhmət olmasa, qalib Azərbaycan Ordusunun hərbçilərini qarşılayın. Pakistana xoş gəlmisiniz! Yaşasın Pakistan-Azərbaycan qardaşlığı və birliyi! Azərbaycan Ordusu özünün uğurlu əməliyyatları və peşəkarlığı ilə bizə nümunə olub.

Azərbaycan və Türkiyə bayraqları qarşınızdan keçərkən xahiş olunur ki, ayağa qalxasınız!”

Qeyd edək ki, paradı Pakistanın siyasi və hərbi rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, ölkəmizin Pakistan İslam Respublikasındakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar izləyiblər.

Tarix
2025.08.14 / 14:54
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla