Yuxarı

"Qarabağ" liqaya düşərsə, mümkün rəqibləri kimlər olacaq?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksələcəyi təqdirdə bir sıra nəhəng klublarla qarşılaşa bilər.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, İngiltərə təmsilçiləri arasında "Liverpul", "Arsenal", "Mançester Siti", "Nyukasl", "Tottenhem" və "Çelsi" klubları "Qarabağ"ın mümkün rəqibləri sırasındadır.

İtaliyadan "Napoli", "İnter", "Atalanta" və "Yuventus", İspaniyadan isə "Barselona", "Real Madrid", "Atletik Bilbao", "Atletiko Madrid" və "Vilyarreal" klubları Ağdam klubunun qarşılaşa biləcəyi komandalardandır.

Almaniya təmsilçiləri "Bavariya", "Bayer Leverkuzen", "Borussiya Dortmund" və "Ayntraxt Frankfurt", Fransadan isə PSJ, "Olimpik Marsel" və "Monako" da siyahıda yer alır.

Bundan əlavə, Niderlanddan "Ayaks" və PSV, Portuqaliyadan "Sportinq", Belçikadan "Yunion", Türkiyədən "Qalatasaray", Çexiyadan "Slaviya Praqa" və Yunanıstandan "Olimpiakos" da potensial rəqib ola bilər.

Həmçinin pley-off mərhələsində aşağıdakı cütlərin qalibləri də Liqa mərhələsində yer alacaq:

"Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan);

"Srvena Zvezda" (Serbiya) - "Pafos" (Kipr);

"Reyncers" (Şotlandiya) - "Brügge" (Belçika);

"Budyo Qlimt" (Norveç) - "Şturm Qraz" (Avstriya);

"Seltik" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan);

"Bazel" (İsveçrə) - "Kopenhagen" (Danimarka);

"Fənərbağça" (Türkiyə) - "Benfika" (Portuqaliya).

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkü avqustun 28-də atılacaq. İlk turun oyunları 16-18 sentyabrda keçiriləcək.

Tarix
2025.08.14 / 15:33
Müəllif
Axar.az
Digər xəbərlər

Alyaska görüşü: Masada qəhrəman Ukrayna əsgəri olacaq

Zəngəzurla bağlı ikinci sənəd: Zəmanəti bu ölkə verir...

Ermənilərin Qarabağa qayıtması: İrəvandan açıqlama...

Ordumuz Pakistanda: Qalib hərbçiləri qarşılayın - Video

Müharibə İrana dərs olmadı, İrəvanın işinə qarışdı

Suriya Laricaninin təyyarəsini buraxmadı

Pakistan səfiri: Bu, Əliyevin sayəsində mümkün oldu

İlham Əliyev AB Şurasının prezidenti ilə danışdı

Rusiya Zəngəzurda olmayacaq, İran isə... - Marqaryan

Paşinyan Bakının bu tələbini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla