Yuxarı

İsrail yanır: Ölkədə rekord temperatur qeydə alındı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail yanır: Ölkədə rekord temperatur qeydə alındı

Gün ərzində İsrailin bəzi yerlərində rekord yüksək temperatur qeydə alınıb, artıq bir neçə gündür bütün ölkədə həddindən artıq istilər müşahidə olunur.

Axar.az xəbər verir ki, bu barədə İsrailin Meteorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, ölkənin şimalındakı Safed şəhərində sutka ərzində temperatur 41,3 dərəcəyə qalxıb ki, bu da bu şəhərdə 1939-cu ildən bəri rekord göstərici olub.

Livanla sərhəddə yerləşən Eylonda temperatur 42,7 dərəcəyə qədər qalxıb ki, bu da tarixi maksimum hesab olunur. Ölkənin şimal bölgəsindəki Ayelet-ha-Şahar qəsəbəsində isə 46,8 dərəcə isti qeydə alınıb.

İsraildə ən yüksək temperatur İordan vadisində qeydə alınıb. Dünən Halqal qəsəbəsində 49.7 dərəcə isti olub ki, bu da tarixi rekorddur.

Ölkənin cənubunda, Qırmızı dəniz sahilindəki Eylat şəhərində 48.8 dərəcə temperatur qeydə alınıb. Şəhər çimərliklərində isə isti 51.1 dərəcəyə çatıb.

Tarix
2025.08.14 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla