Yuxarı

“Türk mətbuatında “erməni məsələsi” - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Türk mətbuatında “erməni məsələsi” - Foto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Emiliya Xəlilova "Türk mətbuatında "erməni məsələsi" kitabını geniş ictimaiyyətə təqdim edib.

İnstitutdan Axar.az-a bildiriblər ki, E.Xəlilova türk dilində nəşr olunan bu kitabı Azərbaycan dilinə tərcümə edərək oxucuların diqqətinə çatdırıb.

Kitabda ayrı-ayrı müəlliflərin, o cümlədən Zəki Başar, Camal Paşa, Kazım Qarabəkir, Tvyordoxlebov, Xoreşenov və başqalarının ermənilər haqqında məqalələri toplanıb. Müəlliflər şəxsən özlərinin şahidi olduqları hadisələri qələmə alıblar. Buradakı məlumatlar ölkədəki ictimai-siyasi vəziyyət, Türkiyəni parçalamaq məqsədilə ölkənin şərqində ermənilərə muxtariyyət verilməsini vəd edən xarici dövlətlərin təhriki ilə ermənilərin üsyana qalxmaları və asayişi pozmaları, türklərə qarşı qanlı cinayət və qırğınlar törətmələri, verdikləri işgəncə və zülmlər tarixi həqiqətlər və sübut olunmuş faktlar əsasında yazılıb.

Bu məqalələr arasında tarixçi Əhməd Rəfiq Altınayın 1919-cu ildə İstanbulda çapdan çıxan "Qafqaz yollarında xatirələr və təəssüratlar" kitabından bir hissə, eləcə də 1918-ci ildə Ərzurum, Ərzincan və Karsın ermənilərdən azad olunması zamanı qərargah polkovniki, I Qafqaz Korpusunun komandanı Kazım Qarabəkirin 1939-cu ildə çap edilən "Ərzurum və Ərzurumun qurtuluşu" adlı kitabından ayrı-ayrı hissələr də yer alıb.

Kitabın elmi redaktoru Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevadır.

Tarix
2016.07.09 / 00:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, baş versə, Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

Əliyev və Pezeşkianın görüşündəki rəsmin mesajı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla