Yuxarı

İngilislərin Qafqazda maraqları zəifləyəcək – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İngilislərin Qafqazda maraqları zəifləyəcək – Şərh

"Belə siyasətin davam etməsi Britaniyanın bölgədəki maraqlarını xeyli zəiflədəcək".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O, Britaniya parlamentarilərinin bu hərəkətlərinin ölkənin xarici siyasətinə uyğun gəlmədiyini deyib: "Mən bu səfərlərə heç də Böyük Britaniyanın bölgədəki rolunun artması əlaməti kimi baxmazdım. Bu Londonun əsrlər boyu həyata keçirilmiş tarazlaşdırımış siyasətinə ziddir və görünür ki, heç bu ölkənin ümumi xarici siyasət kursu ilə də əlaqələndirilməmiş addımlardır. Hər halda, bu siyasətin heç bir perspektivi yoxdur, cünki burada Bakının rolu nəzərə alınmır. Nə qədər ki, belə gedişatlar Britaniya üçün pis fəsadlar törətməyib, ölkə rəsmləri qeyd olunmuş məsələyə qarışıb münasibət bildirməlidirlər. Əks halda belə siyasətin davam etməsi Britaniyanın bölgədəki maraqlarını xeyli zəiflədəcək".

Qeyd edək ki, bir müddət öncə Britaniya Nümayəndələr Palatasının üzvləri Ermənistana səfər etmişdilər. Onlar "Dağlıq Qarabağ Respublikası"nın Ermənistandakı daimi nümayəndəliyində separat rejimin liderləri ilə görüşmüşdülər. "Dağlıq Qarabağ Respublikası" parlamentinin spikeri Aşot Qulyan isə görüşdən sonra növbəti tədbirlərin Xankəndi və Londonda baş tutacağını demişdi.

Təəssüf ki, Azərbaycan tərəfi hələ də hadisəyə heç bir rəsmi münasibət bildirməyib.

Tarix
2014.02.26 / 13:59
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla