Yuxarı

İŞİD Azərbaycanda terrora hazırlaşır – Türk mətbuatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD Azərbaycanda terrora hazırlaşır – Türk mətbuatı

İŞİD Türkiyə və Avropaya gedən üzvlərini Azərbaycan, Kipr və Gürcüstandan göndərir.

Axar.az Türkiyənin bir sıra nüfuzlu nəşrlərinə istinadən xəbər verir ki, təşkilat Azərbaycan və Şimali Qafqazdakı üzvlərinə yeni tapşırıqlar verib.

Kəşfiyyat qaynaqlarından əldə olunan məlumata görə, koalisiya qüvvələrinin hərbi əməliyyatları artdığından İŞİD terror hücumlarını artırmağı planlaşdırır.

25 nəfərlik qrup

Yeni plana əsasən, terrorçu təşkilat üzvlərinin Avropa və Türkiyəyə göndərilməsi üçün alternativ marşrutlardan – Azərbaycan, Gürcüstan və Kiprdən istifadə edəcək. Türkiyədəki əməliyyatlarda bir çox İŞİD üzvü deşifrə olduqdan sonra artıq 20-25 nəfərlik yeni qrup yaradılıb. Bu qrupa qısa müddət ərzində Türkiyəyə getmək tapşırığı verilib.

Azərbaycanlı İŞİD üzvləri

Türkiyə təhlükəsizlik dairələri iyunda rayon polis idarələrinə göndərdiyi xəbərdarlıqda Azərbaycan və Şimali Qafqazdan gələn terrorçular barədə xəbərdarlıq edib. Azərbaycanlı və Şimali Qafqazdan gələn terrorçuların Türkiyədə terror hücumu planlaşdırdığı yazılan xəbərdarlıqda İŞİD üzvlərinin ölkəmizdə də terror hücumuna hazırlaşdığı istisna edilməyib. Məlumata görə, terrorçular polislərə və ailə üzvlərinə qarşı təxribat hazırlaya bilər.

Tarix
2016.07.11 / 15:00
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla