Yuxarı

İsraildən Bakını qəzəbləndirəcək addım... - Kritik açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsraildən Bakını qəzəbləndirəcək addım... - Kritik açıqlama

“Netanyahunun “erməni soyqırımı” açıqlaması, belə bir yalana şərik olmaq cəhdi, türk millətinə böhtan atmaq meyli İsrailin də maraqlarına ziddir. Bu, İsraillə türk xalqı arasında körpülərin yandırılması deməkdir.

Axar.az xəbər verir ki, bunu Globalinfo.az-a açıqlamasında türkiyəli jurnalist və Yaxın Şərq üzrə siyasi şərhçi Dəniz Büstani deyib.

“Netanyahu hökuməti Fələstində gördükləri hər kəsi, o cümlədən qadın və uşaqları öldürüb. Onlar tarixə insan haqlarını pozan hökumət kimi düşüb. Söhbət təkcə insan hüquqlarını deyil, həm də qonşu Suriya sərhədlərini pozan və BMT-nin Livandakı qətnamələrini tanımayan hökumətdən gedir. Belə kritik bir şəraitdə, Qafqazda münasibətlərin yaxşı olduğu, türk milləti ilə də İsrail arasında gözəçarpan heç bir problemin olmadığı bir vaxtda Netanyahunun bəyanatı gerçəkləşərsə, o, ən böyük pisliyi İsrail xalqına etmiş olacaq. Belə görünür ki, İsrailin baş naziri erməni lobbilərinin təsiri altına düşməyə meyillidir.

Türkiyəyə, Azərbaycana, dolayısı ilə türk millətinə qarşı düşmənçilik münasibəti bəsləyən, çirkin işlərə əl atmağa cəhd edən istər yerli, istərsə də beynəlxalq olsun, hər bir təşkilat zərər görüb və bundan sonra da görəcək. İsrail baş naziri zərər görənlərlə birlikdə olmağımı seçəcək, yoxsa haqlı olan, məzlumun yanında olan türk milləti ilə məntiqi olaraq körpülər quracaq?”

D.Büstani qeyd edib ki, bu qərar hələ İsrail hökuməti tərəfindən verilməyib:

“Netanyahu türk millətinə böhtan ataraq qondarma “erməni soyqırımı” yalanını dilə gətirsə də, İsrail hökuməti belə bir yalanın altına imzasını ata bilməz. Zənnimcə, israillilər də bilir ki, türklər digər Yaxın Şərq xalqlarından fərqlənir; onunla düşmənçilik edəni unutmur və böhtan atanı bağışlamır.

Hesab edirəm ki, İsrail dövləti bunun fərqindədir. Netanyahu beynəlxalq erməni terror təşkilatlarına xoş görünməyə çalışaraq, öz sonunu hazırlaya bilər. Bir daha deyirəm ki, İsrail dövləti türk millətinə qarşı belə bir iftiraya imza atmaz”.

Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu Osmanlı İmperiyası tərəfindən XX əsrin əvvəllərində törədildiyi iddia olunan qondarma “erməni soyqırımı”nı tanıdığını açıqlayıb. Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Netanyahunun qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatını rədd edib.

Tarix
2025.08.29 / 12:32
Müəllif
Axar.az
Digər xəbərlər

12 günlük müharibədə Xamenei niyə aradan götürülmədi?

İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini

Prezidentdən bu nazirlə bağlı sərəncam

Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...

Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi

Solovyovun it kimi hürməsi... - Rubinyan

Bu ölkə səfirləri İran XİN-ə çağırıldı

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla