Yuxarı

Əliyevlə Putinin müzakirə edəcəyi çox şey var - Belyayev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevlə Putinin müzakirə edəcəyi çox şey var - Belyayev

Çinin Tyanjin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Vladimir Putinlə İlham Əliyev arasında təmas baş tuta bilər. Onların müzakirə edəcəyi çox şey var.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq və iqtisadçı Mixail Belyayev Çində keçiriləcək ŞƏT sammiti çərçivəsində Rusiya-Azərbaycan liderlərinin görüşünün mümkünlüyünü şərh edərkən deyib.

“Vaxtaşırı Rusiya-Azərbaycan münasibətlərində yaranan çətinliklərə görə “baqaj” yığılıb və liderlər ikitərəfli münasibətlərə dair qeydləri müzakirə edib müqayisə edə, bundan əlavə, ölkələr üçün əhəmiyyətli olan hadisələr, xüsusən də Putinlə Trampın Ankoric görüşü, Əliyev, Tramp və Paşinyan arasında Vaşinqton görüşü barədə fikir mübadiləsi apara bilsinlər. Elə bir zaman gələcək ki, qonşu ölkələrimiz yığılıb qalmış çətin məsələləri həll etməli olacaq. Gec-tez bu baş verməlidir. İki lider arasında təmasların mümkünlüyünü nə göstərir? İlk növbədə, bu yaxınlarda Həştərxanda Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçirilib. Görüşün ertəsi günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrova zəng edib. Və söhbət zamanı nazirlər hökumətlərarası komissiyanın iclasının nəticələrini yüksək qiymətləndirib. İqtisadi əməkdaşlıq qonşu dövlətlər üçün lazımdır. Statistikaya görə, Rusiya Azərbaycan üçün ticarət dövriyyəsinə görə üçüncü yerdədir. Bu, yaxşı göstəricidir. Diqqət çəkmək istərdim ki, Rusiya Prezidenti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə ürəkdən təbrik edib, o, həmçinin Rusiya regionlarının rəhbərləri və Rusiya Prezident Administrasiyasının nümayəndələri tərəfindən təbrik edilib. Bu da təbii ki, ikitərəfli münasibətlərdə müsbət cəhətdir”, - o bildirib.

Tarix
2025.08.29 / 14:10
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla