Yuxarı

Xarkov Universitetinin rektoru Bakıda - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xarkov Universitetinin rektoru Bakıda - Foto

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Xarkov Milli Daxili İşlər Universitetinin rektoru, polis polkovniki, hüquq elmləri doktoru Sokurenko Valeriy Vasilyeviçin mətbuat nümayəndələri ilə görüşü keçirildi.

Axar.az xəbər verir ki, görüşü giriş sözü ilə SOFİ Group LTD (www.Sofi-Group.com) - Xaricdə Təhsil Şirkətinin rəhbəri Sultanım Seyidəliyeva açaraq qonaqların Bakı səfəri barədə geniş məlumat verib. Xaricdə təhsilin prioritet istiqamətlərindən danışan S.Seyidəliyeva bu istiqamətdə ikitərəfli səfərlərin vacibliyini vurğulayıb.

Sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək, Azərbaycan-Ukrayna əlaqələrindən danışıb. Ukraynanın Azərbaycan üçün strateji tərəfdaş olduğunu deyən S.Abbasov bu əlaqələrin təhsil sahəsinə inteqrasiyasının vacibliyini qeyd edib.

Daha sonra Xarkov Milli Daxili İşlər Universitetinin rektoru, polis polkovniki Sokurenko Valeriy Vasilyeviç çıxış edərək rəhbərlik etdiyi universitetin prioritet istiqamətlərindən danışıb. Universitetin müəllim-kadr personalının kifayət qədər peşəkarlardan ibarət olduğunu deyən V.Vasilyeviç Azərbaycanla təhsil sahəsində əməkdaşlığa böyük maraq göstərdiyini bildirib:

"Xarkov Milli Daxili İşlər Universiteti Ukraynada öz çəkisi, təhsil sahəsində ciddi yükü olan elm ocağıdır. Bizim universitetdə xarici ölkələrdən gələn tələbələr üçün olduca əlverişli şərait yaradılıb. Biz, eyni zamanda, hüquq, psixologiya, maliyyə, bank işi, sığorta, kibercinayətkarlıqla mübarizə və digər mühüm istiqamətlər üzrə kadr hazırlıqlarını həyata keçiririk".

Xarkov Milli Daxili İşlər Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, dosent Sinequbov Oleq Vasilyeviç çıxış edərək təmsil etdiyi fakültənin fəaliyyətindən danışıb:

"Bizim Universitetin özəl xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, biz yüksək təhsillə bərabər, qiymətləri kifayət qədər aşağı həddə müəyyənləşdirmişik. Belə ki, əyani təhsil üçün illik ödəniş 1400 ABŞ dolları, qiyabi təhsil üçün isə 800 ABŞ dolları təşkil edir".

EFLA – Xaricdə Təhsil Mərkəzinin rəhbəri Emil Şahbazov çıxışında xaricdə təhsil sahəsində bəzi neqativ hallardan danışıb. E.Şahbazov bu sahədə bəzi problemlərdən qaçmaq üçün peşəkar şirkətlərə müraciətin vacibliyini qeyd edib.

Tarix
2016.07.11 / 21:22
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Prezident bu sazişi təsdiqlədi

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

Ermənistandan Rusiyaya qarşı sensasion addım

AB və İrəvan arasında sazişin Bakı ilə bağlı bəndi

Prezident Martin Çunqonqu qəbul etdi - Foto

Kaya Kallas Azərbaycandadır

Bakı ilə sülh sazişindən sonra bu sənədlər imzalanmalıdır

Azərbaycanlı ekspertlər İrəvanda beynəlxalq konfransında…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla