Yuxarı

Polkovnikin oğlunun məhkəməsi başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polkovnikin oğlunun məhkəməsi başlayır

Rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb.

Bu barədə Report-a R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkilin sözlərinə görə, cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılacaq:

"Rüfət Səfərovun cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılıb. İstintaq yekunlaşdıqdan sonra iş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Çünki Rüfət Səfərov rüşvət almaqda ittiham olunduğu dövrdə Zərdab rayonunda işləyib. Ona görə də cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılacaq".

B.Bayramov bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyulun 25-nə təyin olunub. İşə hakim Asim Hacıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub.

Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Tarix
2016.07.13 / 13:27
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla