Yuxarı

Rusiya Azərbaycanla bağlı iddianı rədd etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Azərbaycanla bağlı iddianı rədd etdi

Azərbaycan və Ermənistanın MDB-yə üzvlüyü ilə bağlı heç bir təhlükə yoxdur.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

Rusiya rəsmisi iki ölkənin qurumdan çıxacağı ilə bağlı iddiaların heç bir əsasının olmadığını bildirib:

“Təhlükə kimin tərəfindəndir? Kimin üçün və kim tərəfindən? Əslində MDB-yə üzvlük könüllüdür. Mən “təhlükə” sözünün haradan gəldiyini bilmirəm. Bu, dövlətlərin azad birliyidir. Üstəlik, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdığını görürük. Ümid edirik ki, bu, onların MDB-də gələcək iştirakı üçün müsbət amilə çevriləcək”.

Pankin əlavə edib ki, Ermənistan və Azərbaycan birlik çərçivəsində müxtəlif səviyyələrdə qəbul edilən birgə bəyanatlara və sənədlərə müntəzəm qoşulurlar.

Tarix
2025.09.11 / 17:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla