Yuxarı

Türkiyənin bu şəhəri Bakı ilə qardaşlaşır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin bu şəhəri Bakı ilə qardaşlaşır

Türkiyənin Qaziantep şəhərinin Azərbaycanın paytaxtı Bakı ilə qardaşlaşması nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bunu Qaziantep vilayətinin Böyük Şəhər Bələdiyyəsinin sədri Fatma Şahin Report-a açıqlamasında deyib.

Azərbaycanla Türkiyənin 20-dən çox şəhərin qardaş elan edildiyini xatırladan F.Şahin bildirib ki, Qaziantepin də bu sırada yer alması üçün danışıqlar aparılır. Bələdiyyə sədri hətta keçən il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu konfransında (COP-29) iştirak üçün Bakıya səfəri zamanı bu məsələ ilə bağlı müzakirə aparıldığını da vurğulayıb:

"Bakıda Azərbaycan mətbəxi ilə tanış olduq. Ətirli çaylarınız, zəngin mətbəxiniz var. Gözəl sənətkarlıq nümunələri gördük. Çox güman ki, bizim qardaşlığımız Bakı ilə baş tutacaq.

Qaziantep Bələdiyyəsinin beynəlxalq arenada nümunə olacaq, mükafatlara layiq görülmüş fəaliyyətləri mövcuddur. Bu təcrübəmizə də əsaslanıb, Azərbaycan mədəniyyətinin, ənənələrinin, mətbəxinin tanıdılması üçün birgə fəaliyyətlər icra etməyi düşünürük".

Tarix
2025.09.14 / 11:37
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla