Yuxarı

Muradov Ermənistana səfərindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Muradov Ermənistana səfərindən danışdı

Ermənistanda region ölkələrinin yaxınlaşmasına və regional platformaların yaradılmasına maraq var.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ermənistanda keçirilən NATO Parlament Assambleyasının 108-ci Rouz-Rot seminarında iştirak edən Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov deyib.

O, səfər təəssüratını bölüşüb, tədbirin müsbət keçdiyini, hələ ki neqativ situasiya ilə qarşılaşmadığını vurğulayıb:

"Çox xoş haldır ki, ilk dəfə belə bir tədbirdə iştirak edirəm. Səfərimlə bağlı Ermənistan mediasından çox böyük maraq gördüm, hətta bu marağa görə jurnalistlərə geniş açıqlama verməli oldum. Özümə qarşı hələ ki hansısa gərgin bir yanaşma, münasibət hiss etməmişəm".

M.Muradov artıq Ermənistan rəsmilərinin ötürdükləri mesajların mahiyyətcə dəyişməsinə də diqqət çəkib:

"Məsələn, tədbirdə çıxış edən bəzi yüksək vəzifəli şəxslər – Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, parlamentin vitse-spikeri Ruben Rubinyan, müdafiə naziri Suren Papikyan qeyd ediblər ki, Ermənistan Vaşinqton razılaşmasının məzmunundan çox razıdır. Onlar hesab edirlər ki, bu razılaşma qarşılıqlı şəkildə suverenliyə, ərazi bütövlüyünə hörmət kimi məsələləri tam əks etdirir və regionda yeni imkanlar yaradır. Ermənistan rəsmiləri ABŞ-ın, xüsusilə də Prezident Donald Trampın rolunu çox müsbət qiymətləndirirlər".

Müsahib onu da əlavə edib ki, hazırda Ermənistanda ABŞ-ın yaxın gələcəkdə yolların tikilməsinə investisiya yatırması ilə bağlı gözlənti var:

"Digər mesajları isə Ermənistanın NATO standartlarına uyğunlaşması və peşəkar ordu istiqamətində irəliləməsi barədə idi. Bu isə o deməkdir ki, artıq əvvəlki kimi Azərbaycanla münaqişə niyyətləri yoxdur. Həmçinin region ölkələrinin yaxınlaşması və regional platformaların yaradılmasında maraqlıdırlar. Bu istiqamətdə belə səfərləri yüksək qiymətləndirirlər və müxtəlif səviyyələrdə daha sıx təşkil edilməsini istəyirlər".

M.Muradov səfəri çərçivəsində ona ünvanlanan provokativ suallardan da söz açıb:

"Səfərin müsbət tərəfləri ilə yanaşı, onu qeyd edə bilərəm ki, provokativ suallar hələ də verilir. Bunlar, əsasən, Qərbi Azərbaycan məsələsi və Bakıda məhkəməsi keçirlən erməniəsilli şəxslərlə bağlı olub. Həmçinin guya Azərbaycandan Ermənistanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı təhdidlər olduğuna dair iddiaları var. Mən də çalışdım ki, həmin yanaşmaların həqiqəti əks etdirmədiyini göstərim. Ümumilikdə onu deyə bilərəm ki, hələ də mövqelərin tam yaxınlaşması üçün çox iş görülməlidir".

Tarix
2025.09.23 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi

Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı

Ceyhun Bayramov Ərgüc Kələntərli ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...

Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi

İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır

Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla