Yuxarı

Laçında 3 faydalı qazıntı yatağı balansa götürüldü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçında işğaldan sonrakı dövrdə yeni üç faydalı qazıntı yatağı balansa götürülüb.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Elçin Məcidov Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında məlumat verib.

O qeyd edib ki, Laçın rayonu ərazisində işğaldan əvvəlki dövrdə 3 filiz, 36 qeyri-filiz yatağı olmaqla, ümumilikdə 39 faydalı qazıntı yatağı olub:

"İşğaldan sonrakı dövrdə isə 1 qum-çınqıl və 2 yol tikintisinə yararlı dolğu materialı olmaqla ümumilikdə 3 faydalı qazıntı yatağı balansa alınıb. Yataqların istifadəyə verilməsi ilə bağlı ilkin mərhələdə qanunvericiliyə uyğun müraciətlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanır. Hazırkı dövrə qədər Laçın rayonu ərazisində 45 yer təkinin istifadəsi ilə bağlı müraciət komitəyə ünvanlanıb. Onlardan 30-na aidiyyəti üzrə razılıq verilib. 15 sahədə isə komitə tərəfindən razılıq verilməyib".

Tarix
2025.09.24 / 16:13
Müəllif
Axar.az
Digər xəbərlər

Tiktokda zorakılığa məruz qalan azyaşlı barədə yeni məlumat

İnanırıq ki, regionun gələcəyi belə qurulmalıdır - Pezeşkian

İlham Əliyev Portuqaliya prezidenti ilə görüşdü

İlham Əliyev Kuş Çoksi ilə görüşdü

Daşkənddə "Məharət - 2025" qərargah təlimi keçirilir

İlham Əliyevə buna görə təşəkkür edirəm - Albaniya lideri

Trampdan Əliyevə: Sizinlə həqiqətən fəxr edirəm!

Adnana görə təcili Bakıya çağırıldı

Azərbaycan və Pakistan XİN başçıları görüşdü

KQB Adnanı necə ələ alıb? – Agent və ya tora düşən tamahkar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla