Yuxarı

Bakıda bu binaya narkomanlar toplaşır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu binaya narkomanlar toplaşır - Foto

Bakının Yasamal rayonunda baxımsız vəziyyətdə olan binaya narkomanlar toplaşırlar.

Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a şikayət daxil olub.

"Bina M.F.Axundov küçəsi, 86 ünvanında yerləşir. Üçmərtəbəli binanın sonuncu mərtəbəsində qadınlar yaşayır. Baxımsız qalan aşağı mərtəbələrdə isə gecələr toplaşan bomjlar və narkomanlar hay-küy salırlar. Ərazidə antisanitar vəziyyət hökm sürür", - deyə şikayətdə vurğulanır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər görülür:

"Adıçəkilən ünvanda da narkotik maddə istifadəçiləri, həmçinin tüfeyli həyat tərzi keçirən şəxslərə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilib. Bu istiqamətdə tədbirlər diqqət mərkəzində saxlanılır".

Tarix
2025.09.24 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla