Yuxarı

Bu videoya görə azyaşlı anasından alındı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu videoya görə azyaşlı anasından alındı

18:32

Tiktokda canlı yayımda anası tərəfindən zorakılığa məruz qalan azyaşlı dövlət uşaq müəssisəsinə yerləşdirilib.

Bu barədə Axar.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, Tərtər rayonunda qeydiyyatda olan Bərdə rayon sakini 24 yaşlı qadının Tiktok sosial media hesabında canlı yayım açaraq, 7 yaşlı övladının sağlamlığına, mənəviyyatına zərbə vurması, qeyri-etik ifadələr işlətməsi, azyaşlının yanında zərərli vərdişlərdən istifadə etməsi ilə bağlı videogörüntü müşahidə edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlarla birlikdə araşdırma başlanılıb.

Hüquq-mühafizə orqanları tərəfindən azyaşlının anası Polis İdarəsinə aparılıb, protokol tərtib edilərək qərar verilməsi məqsədilə məhkəməyə göndərilib, uşaq isə sağlamlığının yoxlanılması ilə bağlı xəstəxanaya yerləşdirilib. Hazırda yerli icra hakimiyyəti orqanı tərəfindən Ailə Məcəlləsinin 68-ci maddəsinə əsasən, ananın valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məsələ qaldırılıb. Eyni zamanda, azyaşlının müvafiq uşaq müəssisəsinə yerləşdirilməsi də təmin olunub.

***

Tərtər rayon sakininin Tiktok sosial media hesabında canlı yayım açaraq, 7 yaşlı övladının sağlamlığına, mənəviyyatına zərbə vurması ilə bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.

Bu barədə agentlikdən bildirilib.

Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, qayğı ilə əhatə olunması üçün qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdirilib.

Tarix
2025.09.24 / 20:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla