Yuxarı

Məşhur kardioloq Cabiri öldürən davranışlardan yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Kardiologiya Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü, kardioloq-aritmoloq Günay Rəhimova əməkdar artist Cabir İmanovun qəfil ölümü fonunda idman zallarındakı qeyri-professional şəraitə diqqət çəkib.

Axar.az xəbər verir ki, Feysbuk hesabında etdiyi paylaşımında həkim diqqətdən kənar qalan bir neçə nüansa toxunub.

O bildirib ki, dəfələrlə bu mövzuda yazıb, çıxışlar etsə də, həm idmançıların, həm də məşqçilərin kinayəli münasibəti ilə qarşılaşıb:

"1. Əvvəla, o məkanlarda həqiqətən də peşəkar məşqçilər olmalıdır. Hansılar ki, ilkin tibbi yardımı həkim səviyyəsində bilir;

2. İkincisi, idman zallarında defibrilyator aparatı qoyulmalıdır, hansının ki, istifadəsini adi vətəndaş da edə bilər;

3. Üçüncüsü, idmana gələn, yazılan hər kəsin kardioloqdan sağlamlıq kağızı olmalıdır - əsl kağız, yalançı yox;

Cabir İmanovla uşaqlığımız, gəncliyimiz getdi.

Halbuki o hələ uzun yaşaya bilərdi. Ürək ən vəfasız orqandır. Ən vəfasız".

Kamera görüntülərinə baxdığını da vurğulayan həkim qeyd edib:

"Mənasız zaman itkisi. Zaman itkisi. Zaman itkisi. İndi daha çox yandım ölümünə".

Tarix
2025.09.29 / 23:47
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla və Arzu Əliyevalardan Cabirlə bağlı paylaşım - Foto

Türkiyədə Azərbaycana qarşı kampaniya - AzTV yaydı

Aprel döyüşlərində mülki şəxslərin başına nələr gətirilib?

Naxçıvan aeroportuna yeni direktor təyin olundu

Qərb Pezeşkiana inanmadı - İranda gərginlik artır

Müharibədə ilk yaşandı: Ukraynanın zərbəsinin nəticəsi...

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

Azərbaycan bu sahədə məqsədyönlü tədbirlər həyata keçirir

Bu tarixdən məktəb avtobusları layihəsi başlayacaq

ABB SIBOS 2025 beynəlxalq konfransında!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla