Yuxarı

UEFA "Qarabağ"ın "Kophenagen"lə oyunundan yazdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA-nın rəsmi saytında oktyabrın 1-i Çempionlar Liqasının 2-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” oyununa yazı həsr olunub.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, yazıda qeyd edilir: Lissabonda “Benfika” üzərindəki qələbədən sonra “Qarabağ” uğuru davam etdirməyə çalışacaq.

“Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının ümumi mərhələsinin ikinci turunda Bakıda Danimarkanın ən güclü komandası “Kopenhagen”i qəbul edəcək.

“Qarabağ” və “Kopenhagen” beşinci dəfə üz-üzə gələcək. Əvvəlki dörd görüşdə azərbaycanlıların 1 qələbəsi və 3 məğlubiyyəti var. Kuboklar Kuboku-1998/99-un təsnifat mərhələsində “Kopenhagen” evdə 6:0, səfərdə isə 4:0 hesabı ilə “Qarabağ”ı darmadağın etmişdi. Çempionlar Liqasının 2017/18 mövsümünün pley-off raundunda isə “Qarabağ” evdə 1:0 hesabı ilə qalib gəlmiş, Danimarkada 1:2 uduzsa da, səfər qolu qaydası ilə mərhələni adlamışdı” - deyə yazıda vurğulanır.

Həmçinin qeyd edilir ki, “Qarabağ” avrokuboklarda başqa Danimarka klubu ilə qarşılaşmayıb, “Kopenhagen” isə Azərbaycanın digər təmsilçilərinə qarşı oynamayıb:

“Qarabağ”

“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə ikinci dəfə vəsiqə qazanıb. İlk dəfə 2017/18 mövsümündə qrup mərhələsində çıxış etmiş, “Roma”, “Çelsi” və “Atletiko” ilə eyni qrupda sonuncu olmuşdu. Azərbaycan çempionu həmin oyunlarda iki xal toplamışdı. “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində çıxış edən yeganə Azərbaycan klubudur.

Bu, “Qarabağ” üçün avrokuboklarda ardıcıl 12-ci ümumi/qrup mərhələsidir. Ötən mövsüm UEFA Avropa Liqasının ümumi mərhələsində azərbaycanlılar 8 oyundan 7-də uduzmuş (1 qələbə) və 36-cı yeri tutmuşdu.

“Kopenhagen”

“Kopenhagen” 2023/24 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib. Ümumilikdə bu, danimarkalılar üçün ən nüfuzlu turnirdə 7-ci qrup mərhələsidir və bu, Danimarka klubları arasında rekord göstəricidir.

Ötən mövsüm “Kopenhagen” UEFA Konfrans Liqasının 1/8 finalına çıxmış, orada “Çelsi”yə ümumi hesabda 1:3 məğlub olmuşdu. London təmsilçisi sonda turnirin qalibi olub.

Əsas statistika

Hər iki komanda avrokubok mövsümünə II təsnifat raundundan başlayıb.

- “Qarabağ” bu mövsüm Çempionlar Liqasında 7 oyundan 6-sında qalib gəlib (1 məğlubiyyət). I turda Azərbaycan çempionu Lissabonda “Benfika”ya qarşı 0:2 hesabından geri dönüş edərək qalib gəldi. Bu, klubun turnirin əsas mərhələsində ilk qələbəsi oldu.

- Son 4 Çempionlar Liqası oyununda “atlılar” 13 qol vurub.

- “Qarabağ” avrokuboklarda son 9 ev oyunundan 7-də məğlub olub (2 qələbə).

- “Kopenhagen” ümumi mərhələnin ilk oyununda evdə “Bayer”lə 2:2 oynayıb. Qolların 3-ü son 10 dəqiqədə vurulub. Danimarka çempionu bu avrokubok mövsümündə məğlub olmayıb (4 qələbə, 3 heç-heçə) və 5 oyunda qapısını toxunulmaz saxlayıb.

- “Kopenhagen” Çempionlar Liqasının qrup/ümumi mərhələsində son 4 oyunda məğlub olmayıb (2 qələbə, 2 heç-heçə).

- Çempionlar Liqasının əsas mərhələsində son 20 səfər oyununda “Kopenhagen” yalnız 2 dəfə qələbə qazanıb (4 heç-heçə, 14 məğlubiyyət).

Tarix
2025.09.30 / 00:55
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla və Arzu Əliyevalardan Cabirlə bağlı paylaşım - Foto

Məşhur kardioloq Cabiri öldürən davranışlardan yazdı

Türkiyədə Azərbaycana qarşı kampaniya - AzTV yaydı

Aprel döyüşlərində mülki şəxslərin başına nələr gətirilib?

Naxçıvan aeroportuna yeni direktor təyin olundu

Qərb Pezeşkiana inanmadı - İranda gərginlik artır

Müharibədə ilk yaşandı: Ukraynanın zərbəsinin nəticəsi...

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

Azərbaycan bu sahədə məqsədyönlü tədbirlər həyata keçirir

Bu tarixdən məktəb avtobusları layihəsi başlayacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla