Yuxarı

İqbal Ağazadə Cabir İmanovla bağlı çıxışına aydınlıq gətirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İqbal Ağazadə Cabir İmanovla bağlı çıxışına aydınlıq gətirdi

Ümid Partiyasının sədri İqbal Ağazadə sosial media hesabında Cabir İmanovla bağlı paylaşım edib. Paylaşımında illər əvvəl Cabir İmanov haqda etdiyi çıxışının yenidən gündəmə gəlməsindən narahatlığını bildirib.

Axar.az xəbər verir ki, İqbal Ağazadə paylaşımında qeyd edib:

“Bu gün əməkdar artist, istedadlı aktyor Cabir İmanov vaxtsız dünyasını dəyişdi. Ailəsinə, yaxınlarına, onu sevənlərə dərin hüznlə başsağlığı verirəm, qəbri nurla dolsun, Allah rəhmət etsin.

2018-ci ildə mərhum Cabir İmanov haqqında bir çıxışım var, çox təəssüf ki, o çıxışı bu gün yenidən sosial şəbəkə istifadəçiləri israrla paylaşırlar. Olanlar acı bir tarixdir, lakin gənc yaşında dünyasını dəyişmiş istedadlı aktyorun ölüm günü belə hadisələri xatırlatmaq, məncə, məqsədəuyğun və etik deyil.

Allah Cabir İmanova rəhmət eləsin!

P.S. Mən heç zaman vəzifədən çıxarılan kiminsə arxasınca danışmamışam, kresloda olarkən irad və tənqidlərimi açıq bildirmişəm.

Dünyasını dəyişənlərə isə yalnız rəhmət diləyirəm, nəinki ölümündən sonra nəsə danışmaq…”

Xatırladaq ki, əməkdar artist 29 sentyabrda 49 yaşında infarkdan dünyasını dəyişib. Onun vəfat etməsinin ardından sosial şəbəkələrdə C.İmanovun 22 il əvvəlki aksiyalarda insanlara qarşı zorakılıq etməsi barədə şahid ifadələri və kadrlar yayılıb.

Tarix
2025.09.30 / 00:24
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla