Yuxarı

Norveçli tarixçi: "Xristianlıq alban tarixi ilə bağlıdır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Norveçli tarixçi: "Xristianlıq alban tarixi ilə bağlıdır"

Ermənilər Azərbaycan ərazisində xristianlığın yayılmasında guya onların rolunun olması ilə bağlı əsassız iddialar irəli sürsələr də, sübut olunub ki, burada xristianlıq alban tarixi ilə bağlıdır. İlk xristian kilsələri məhz albanlar tərəfindən inşa edilib.

Bu sözləri Qəbələdə keçirilən "Alban Apostol kilsəsinin keçmişi və bu günü" mövzusunda beynəlxalq konfransda iştirak edən Norveçin Oslo Dövlət Universitetinin professoru, tarix elmləri doktor, albanşünas alim Byorn Veqqe AzərTac-a müsahibəsində bildirib.

Byorn Veqqe deyib: "Azərbaycanda yaşayan müxtəlif azsaylı xalqların dilinə, dininə, mədəniyyətinə böyük hörmət göstərilir. Azərbaycana səfər etmək mənə hər zaman xoşdur. Dəfələrlə apardığım araşdırmalardan belə nəticəyə gəlirəm ki, Qafqaz Albaniyasında ilk kilsələr Kiş kəndində yaradılıb. Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən Alban Apastol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdəndir. Albaniyada xristianlığın yayılması, ilk kilsəsinin yaradılması apostolların adı ilə bağlıdır. Bununla bağlı hətta 609-cu ildə Abram adlı keşişin məktubunda da göstərilir ki, Qafqaz Albaniyası ərazisində xristianlıq yayılır və burada bir din kimi mütəşəkkil tapır. Ermənilər Azərbaycan ərazisində xristianlığın yayılmasında guya onların rolunun olması ilə bağlı əsassız iddialar irəli sürsələr də sübut olunub ki, burada xristianlıq alban tarixi ilə bağlıdır. İlk xristian kilsələri məhz albanlar tərəfindən inşa edilib".

Tarix
2016.07.20 / 21:04
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla