Yuxarı

Türk Birliyinə hansı ölkələr qoşulacaq? - Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk Birliyinə hansı ölkələr qoşulacaq? - Siyahı

Beynəlxalq aləmdə Türk Dövlətləri Təşkilatına (TDT) maraq artıb. Müxtəlif dövlətləri bölgənin resursları və bu resursların nəqli imkanları cəlb edir. Mərkəzi Asiya ölkələri Azərbaycan və Türkiyə üzərindən dünya bazarlarına çıxış əldə edib. Gələcəkdə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması türk dövlətlərinin gücünü daha da artıracaq. Ona görə də bəzi dövlətlərin Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qatılması mövzusu aktuallaşıb.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

“Maraq böyük olduğundan TDT+ formatının yaradılması zəruridir. Oxşar formatlar Avropa Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatında da mövcuddur. Misal üçün AB-nin yanında təşkilata üzv olmayan ölkələr Avropa Siyasi Birliyi çərçivəsindəki sammitlərə dəvət olunurlar. Eləcə də Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi statusunda qatılan ölkələr var. Azərbaycan Avropa Siyasi Birliyinin üzvü olmaqla yanaşı, Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusuna malikdir. TDT təşkilatına müşahidəçi statusunda qatılmaq istəyən dövlətlər arasında Ukraynanı göstərmək olar. Ukraynada yaşayan tatarlar türk mənşəlidir və bu baxımdan Kiyevin TDT marağı anlaşılandır. Əslində müxtəlif türk xalqlarının mövcud olduğu ölkələrdən biri də Rusiyadır. Ancaq Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi işğalçı müharibə bu ölkənin TDT-yə müşahidəçi statusunda qatılmasını mümkünsüz edir. Tacikistan türkdilli ölkə olmasa da, Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qatılması mümkündür. Monqolustanla və Cənubi Koreyanın da təşkilata maraq göstərdiyi barədə məlumatlar var”, - o vurğulayıb.

Qeyd edək ki, bundan öncə TDT Baş katibi Ömüralıyev bu gün keçiriləcək Qəbələ sammitində “TDT+” formatının təsis ediləcəyi haqda məlumat yayıb.

Tarix
2025.10.07 / 12:49
Müəllif
Axar.az
Digər xəbərlər

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla