Yuxarı

Əcnəbi deputatlar Qarabağa görə Bakıya gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qənirə Paşayeva Böyük Britaniya və Belçika millət vəkilləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Axar.az xəbər verir ki, millət vəkili Böyük Britaniya Parlamentinin üzvü Lord Norsbukla görüşdə Azərbaycanın Böyük Britaniya ilə bütün istiqamətlərdə, həm hökumətlərarası, həm də qanunvericilik orqanları arasında əməkdaşlığının daha da inkişaf etdiyini deyib.

İki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyən Lord Norsbuk yaxın zamanlarda Azərbaycana səfər edəcəyini açıqlayıb.

Millət vəkili Belçikada Flaman Bölgənin türk kökənli millət vəkili Gülər Turanla görüşdə Xocalı soyqırımından danışıb.

O, Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsi illərində Ermənistanın etnik təmizləmə siyasəti apararaq 200 mindən çox azərbaycanlını öz tarixi yurdlarından - Ermənistandan zorla çıxarması, dinc azərbaycanlılara qarşı törətdikləri Xocalı, Qaradağlı, Bağanıs Ayrım soyqırımları barədə ətraflı məlumatlar verib.

Belçikada 170 mindən çox türk kökənli insanın yaşadığını vurğulayan Q.Paşayeva səsimizin daha geniş çatdırılması üçün bunun çox böyük bir potensial olduğunu bildirib.

Millət vəkili Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi haqda da ətraflı məlumat verib.

Gülər Turan isə heç vaxt Azərbaycanda olmadığını və tezliklə ölkəmizlə yaxından tanışlıqdan məmnun olacağını deyib.

Tarix
2016.07.26 / 14:36
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla