Yuxarı

Azərbaycan o səhifəni tamamilə bağlayıb...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan o səhifəni tamamilə bağlayıb...

Hazırda Azərbaycan–İran münasibətləri normal və stabil səviyyədədir.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsselə səfəri çərçivəsində "EU Today"ə müsahibəsində deyib.

Prezidentin köməkçisi Tehrandakı səfirliyə silahlı hücumla bağlı yaranan diplomatik böhranın artıq həll edildiyini qeyd edib.

Onun sözlərinə görə, hücum edən şəxs İran qanunlarına uyğun şəkildə məsuliyyətə cəlb edilib və Azərbaycan o səhifəni tamamilə bağlayıb.

Hikmət Hacıyev həmçinin Prezident İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında yaxşı münasibətlərin olduğunu vurğulayıb.

O, Bakı-Tehran əlaqələrində yeni nəqliyyat layihələri də gündəmdə olduğunu vurğulayıb:

"Azərbaycan–İran sərhədində, Araz çayı üzərindən inşa edilən Ağbənd–Kəlalə yolu və körpüsü 2025-ci ilin sonuna qədər struktur baxımından tamamlanacaq. Gömrük və sərhəd infrastrukturunun 2026-cı ilin əvvəllərində qurulması planlaşdırılır. Biz İranı qonşu, strateji tərəfdaş kimi görürük və iqtisadi-ticarət əlaqələrini daha da inkişaf etdirməyə ümid edirik".

Tarix
2025.12.01 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla