Yuxarı

Türkiyənin Gültəkini Azərbaycana verməsi... - Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin Gültəkini Azərbaycana verməsi... - Əliyev

Gültəkin Hacıbəylinin Türkiyədən deportasiyası, yəni Azərbaycana verilməsi ilə bağlı müxtəlif ittihamlar səsləndirilsə də, məsələ ilk növbədə hüquqi müstəvidə qiymətləndirilməlidir. Bu kontekstdə ən vacib məqam ondan ibarətdir ki, bir dövlətin ərazisində yaşamaq icazəsinə malik olmaq siyasi sığınacaq üçün müraciət etmiş sayılmaq anlamına gəlmir.

Axar.az xəbər verir ki, bunu Almaniyada yaşayan tanınmış hüquq müdafiəçisi Əlövsət Əliyev deyib.

“2 illik (və ya istənilən müddətli) oturum icazəsi immiqrasiya hüququnun inzibati mexanizmidir, siyasi sığınacaq isə beynəlxalq hüququn və qaçqın statusunun tənzimlənməsi ilə bağlı ayrıca bir institutdur. Bu iki anlayış hüquqi baxımdan bir-birindən tam fərqlənir.

Əgər Gültəkin Hacıbəyli Türkiyədə siyasi sığınacaq üçün rəsmi müraciət etməyibsə, onun başqa bir dövlətin sorğusu əsasında deportasiya olunması mövcud beynəlxalq və milli hüquqi prosedurlar çərçivəsində həyata keçirilmiş addım kimi qiymətləndirilə bilər. Bu halda həmin prosesi avtomatik olaraq insan hüquqlarının pozulması kimi təqdim etmək hüquqi baxımdan mübahisəlidir və əsaslandırılmamışdır.

Bənzər hüquqi durum vaxtilə Hüseyn Abdullayev məsələsində də müşahidə olunmuşdur. O da Türkiyədə siyasi sığınacaq üçün rəsmi müraciət etmədiyi üçün nəticə etibarilə Azərbaycana təhvil verilmişdir.

Digər tərəfdən, əgər Gültəkin Hacıbəyli Türkiyədə rəsmi şəkildə siyasi sığınacaq üçün müraciət etmiş olsaydı, beynəlxalq hüququn “geri göndərməmə” (non-refoulement) prinsipi əsas götürülərək, onun işi üzrə yekun hüquqi qərar qəbul edilənədək deportasiya edilməsi mümkün olmazdı.

Bu səbəbdən sözügedən məsələ emosional yanaşmalar və siyasi simpatiyalar əsasında deyil, qüvvədə olan hüquqi normalar və prosedurlar çərçivəsində dəyərləndirilməlidir”, - Əlövsət Əliyev bildirib.

Qeyd edək ki, Türkiyədə saxlanılan Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli bu gün səhər saatlarında Azərbaycana deport edilib. O, Türkiyədə 2 illik oturum izni olduğunu bildirərək, deportunun qanunsuz olduğunu iddia etmişdi.

Tarix
2025.12.01 / 17:27
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa Azərbaycana təşəkkür etdi

Əgər Xəzər çətin vəziyyətdədirsə... - Leyla Əliyeva

İranda dəqiq zərbələr: növbə məscidlərindir?

Əli Əsədov Mişustinlə danışdı

Aralıq və Egeydə 22 milyon ton neftayırma potensialımız olacaq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

“Qızıl Azərbaycan”a zərbə: bu görüntü təəccüb doğurdu - Video

İsrail 160 şagirdi niyə öldürdü? - Xəritə

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Qərbi Azərbaycanın 2 şəhərində 5 hədəfə zərbə endirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla