Yuxarı

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıya gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıya gəldi

Azərbaycan Müdafiə Nazirliyi ilə Litva Respublikası Milli Müdafiə Nazirliyi arasında imzalanmış 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən, Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda keçirilən görüşdə təhsil prosesində beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyi vurğulanıb, həmçinin, qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlara təhsil ocağının tarixi, fəaliyyət istiqaməti, tədris prosesində tətbiq edilən yeniliklər və digər məsələlər haqqında brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, mayın 15-dək ölkəmizdə səfərdə olacaq litvalı nümayəndə heyətinin Quru Qoşunlarının hərbi hissəsinə ziyarəti, Laçın, Xankəndi və Şuşa şəhərlərində, eləcə də paytaxtda mədəni gəzinti proqramı planlaşdırılır.

Tarix
2026.05.11 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Paşinyan: Azərbaycanla sülh “təməl daşı” olacaq

Prezidentlərin təkbətək görüşü oldu

Laos prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla