Yuxarı

Onları Azərbaycan ordusu öldürməyib - Mxitaryan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onları Azərbaycan ordusu öldürməyib - Mxitaryan

44 günlük müharibə zamanı həlak olanların bir qismi döyüş şəraitində ölməmişdi.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ümumerməni Həkimlər Assosiasiyası QHT-nin rəhbəri Sergey Mxitaryan deyib.

O, Ermənistan ordusunun tibbi təchizatının çox zəif olduğunu bildirib:

“Yalan danışmamaq lazımdır. Müharibə zamanı həlak olanların bir qismi xəstəxanalara yerləşdirilən, döyüş meydanlarından güclə çıxarılan yaralılar idi. Onlar məhz tibb sahəsində yaşadığımız çatışmazlıqlara görə xilas edilə bilmədilər. Əsgərləri itirdik. Hətta 2022-ci il sentyabr döyüşlərində də eyni problemlə üzləşdik. Bunlar yanlış tibbi müdaxilə metodlarına görə baş verirdi. Müdafiə Nazirliyinin tibbi xidmətində ciddi nöqsanlar var. Dərman preparatlarının təminatı, tibb xidmətinin çevik hazırlıq səviyyəsi yaxşı deyil. Adicə tibb bacıları 3 ildən bir ixtsasartırma kurslarından keçirlər. Bu, zəif göstəricidir. Bizdə həkimlər, tibb işçiləri müharibə şəraitində yaralılara çevik və peşəkar müdaxilə edə bilmirlər”.

Tarix
2025.12.10 / 09:35
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Cəbrayıl ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində...

Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var

Deputatdan pensiya və maaş artımı ilə bağlı açıqlama

YAP-ın VIII Qurultayı keçirildi, İlham Əliyev çıxış etdi

YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı - Yenilik

Fransada kütləvi iğtişaşlar: xalq nə tələb edir?

Ermənistanda saxlanılan əsgərə ikinci cinayət işi açıldı

Ermənistana keçən əsgərimiz... - İki versiya var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla