Yuxarı

Bu, azərbaycanlıların hüquqlarının pozulmasıdır - Marino

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, azərbaycanlıların hüquqlarının pozulmasıdır - Marino

Mədəni irsin dağıdılması və təhqir edilməsi beynəlxalq hüququn davam edən pozuntusu olmaqla yanaşı, qərbi azərbaycanlıların hüququnun pozulmaz formalarından biridir.

Axar.az xəbər verir ki, bunu Azərtac-a Milanda fəaliyyət göstərən İtaliya–Azərbaycan Assosiasiyasının vitse-prezidenti Karlo Marino bildirib.

Ekspertin sözlərinə görə, mədəni irsin qorunması beynəlxalq hüququn imperativ norma¬sıdır və bu normadan kənara çıxmağa yol verilmir. Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Konvensiyası mədəni obyektlərə qarşı hər hansı düşmənçilik aktını qəti şəkildə qadağan edir.

Karlo Marino vurğulayıb ki, işğal altında olmuş ərazilərdə qeydə alınmış abidələrin qəsdən məhv edilməsi, dini tikililərin təhqir olunması, məscidlərin təsərrüfat məqsədləri üçün istifadə edilməsi və digər hallar Konvensiyanın və adi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Ekspert vurğulayır ki, maddi və qeyri-maddi mədəni irsə çıxışın olmaması köçkünləri mədəniyyət hüququnun mühüm tərkib hissəsindən məhrum edir. Onun fikrincə, bu, sadəcə obyektlərə zərər vurulmaq deyil, xalqın öz kökləri ilə bağlılığını silməyə yönəlmiş məqsədyönlü cəhddir.

K.Marino qeyd edir ki, mədəni irsin bərpası nə mədəni jest, nə də siyasi təşəbbüsdür, bu, hüquqi öhdəlikdir. Bu öhdəlik vurulan ziyanın əvəzinin çıxılması forması olmaqla, köçürülmüş şəxslərin tam və ləyaqətli şəkildə geri qayıtmasının təmin edilməsində əsas elementi təşkil edir.

“Mədəni irs xalqın yaddaşı və kimliyidir. Onun məhv edilməsi insanların ləyaqətini sarsıdır və onların fundamental hüquqlarını pozur”, – deyə Karlo Marino vurğulayıb.

Tarix
2025.12.10 / 20:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla