Yuxarı

Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!

Rusiyanın hansı ərazilərinin Çinə keçməli olması ilə bağlı çinlilər arasında üç yanaşma var. Tarixə istinad edənlər Rusiyanın 1.54 milyon kvadrat kilometr ərazisinin Çinin tarixi torpaqları olduğunu, Pekinin bu torpaqları geri qaytarmalı olduğunu düşünür. İkinci fikir isə ondan ibarətdir ki, Rusiyanın 3-4 milyon kvadrat kilometr ərazisi Çinə məxsus olmalıdır. Radikal yanaşma tərəfdarları ümumiyyətlə, Rusiyanın ərazisi təxminən 7 milyon kvadrat kilometr olan Uzaq Şərq Federal Dairəinin bütövlükdə Çinə keçməsini təbliğ edirlər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.

O bildirib ki, Rusiyaya qarşı ərazi iddiası Çin Xalq Respublikası qurulduqdan dərhal sonra gündəmə gəlib:

“Çinin ilk kommunist lideri Mao Tszedun 1949-cu ildə Moskvaya səfəri zamanı Stalinlə apardığı danışıqlarda bu torpaqların Çinə qaytarılmasını müzakirə etmiş, ancaq çox sərt şəkildə rədd cavabı almışdı.

Çində 800 milyon insanı aclıqdan xilas etmiş dahi Den Syaopin Sovet İttifaqının xarici işlər naziri Eduard Şevardnadze ilə Pekində apardığı danışıqlarda mübahisəli sərhədyanı ərazilərin Çinə verilməsi ilə bağlı təklifinə qəti rədd cavabı alanda belə demişdi: “Siz indi kiçik bir ərazilərlə bağlı istəyimizi rədd edirsiniz. Ancaq tarixdən məlumdur ki, Çinə aid torpaqlar bu ərazilərlə müqayisə olunmayacaq dərəcədə çoxdur. Siz kiçik bir ərazini güzəştə getmirsiniz, Moskva bilməlidir, çinlilər səbrlə gözləməyi bilirlər”.

Si Szinpin 2014-cü ildə Berlinə səfəri edərkən o zaman Almaniyanın kansleri olan Angela Merkelin hörmətli qonağa çox diqqət çəkən bir xəritə hədiyyə etmişdi. Bu, 1735-ci ildə Almaniyada tərtib edilmiş “Çinin ilk dəqiq xəritəsi” idi. Həmin xəritədə Rusiyanın indiki əraziləri olan Uzaq Şərq, Tıva, Amur, Sibir və Cənubi Çin dənizi bütün adaları ilə birlikdə Çin dövlətinin sərhədlər daxilindədir.

Angela Merkelin Siyə hədiyyə etdiyi ikinci xəritədə isə həmin ərazilər Rusiyanın sərhədləri daxilində, ancaq fərqli görsənmək üçün qırmızı rənglə təsvir edilib. Merkelin bu addımı Çində Almaniyaya qarşı rəğbəti artırmaqla yanaşı, Rusiya ilə keçmiş düşmənçiliyi yenidən qabartdı. O zaman Çin qəzetlərindən birində bu hadisə ilə bağlı baş məqalədə belə bir cümlə vardı: “Biz yüz ilə yaxındır ki, imperializmə qarşı mübarizə bayrağını daşıyırıq, amma sonda məlum olur ki, bizim torpağımızı şər imperializmi zəbt etməyib”. Başqa bir məqalədə isə deyilirdi ki, bu xəritə əsl xəzinədir: “Bu, dərin məna daşıyan qiymətli hədiyyədir! Bu xəritədə ehtiyacımız olan hər şey var”.

Putinin Rusiya İmperiyasını bərpa etmək məqsədilə Ukraynaya qarşı 24 fevral 2022-ci ildə başlatdığı və təxminən 46 aydır davam edən cinayətkar müharibə Rusiyanı o qədər zəiflədib ki, onun dağılması artıq zaman məsələsi hesab olunur. Buna görə də Çində Rusiyanın ərazisinin təxminən 40 faizinə, Uzaq Şərq Federal dairəinin 7 milyon kvadrat kilometr ərazisinə iddia edənlərin mövqeyi güclənməyə başlayıb.

Çinin “NetEase” media korporasiyasına məxsus olan və dünyanın ən populyar saytları sırasında yer alan “163.com” saytında dərc olunan məqalədə qeyd edilir ki, Rusiya parçalansa, Uzaq Şərqin 7 milyon kvadrat kilometr ərazisi itirilməməlidir. “Uzaq Şərqdəki bu torpaq Çin üçün xəzinədir, amma Rusiya üçün yükdür. Resurslar baxımından Çinin ehtiyac duyduğu hər şey, almaz, qızıl və meşələr ordadır və onilliklər üçün kifayətdir.

Tarixi torpaqları Rusiya işğalında olan bütün xalqlar şər imperiyasının dağılacağı günə hazırlaşır ki, yaranacaq tarixi şansdan istifadə edərək torpaqlarını geri qaytarsınlar”.

Tarix
2025.12.17 / 21:37
Müəllif
Axar.az
Digər xəbərlər

Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi

Əli Kərimlidən yeni xəbər

Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı

Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir

Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin sifarişi

Ordumuzun məhv etdiyi erməni hərbçilərin ailələrindən tələb

Ölkədə bu qurumlar birləşdirildi

Azərbaycan Butan Krallığını təbrik etdi

Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu

Mehdiyevin onların əmlaklarını əlindən alması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla