Yuxarı

Onlar da Zəngəzur dəhlizinə öz pəncələrini qoydular - Poqosyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar da Zəngəzur dəhlizinə öz pəncələrini qoydular - Poqosyan

Ermənistan hakimiyyəti sonda o yolun adının “Tramp marşrutu” yox, "Zəngəzur dəhlizi" olduğunu qəbul edəcək.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu erməni politoloq Tevan Poqosyan deyib.

“Hazırda ABŞ marşruta nəzarət paketini öz üzərinə götürüb. Dəfələrlə söyləmişəm ki, burada məsələ yolla bağlı deyil, mübarizə həmişə ora nəzarət uğrunda olub. Onsuz da həmin yolun açılması ilə bağlı beynəlxalq konsensus var. Rusiya, İran, Türkiyə, Avropa, ABŞ - hər kəs nəzarəti öz üzərinə götürməyə çalışır. İndi Amerika rəqiblərindən bir qədər öndədir. Türkiyə və Azərbaycan da bəyan edir ki, bu, bizim üçün o qədər də böyük məsələ deyil, bu sənədlərdə məzmun baxımından nəyin ifadə edildiyi vacibdir”, - ekspert qeyd edib.

Poqosyanın fikrincə, müvafiq sənədlərin imzalanmasına baxmayaraq, Zəngəzur dəhlizinə nəzarət ideyası ilə bağlı konkretlik yoxdur:

“Amma Amerika artıq öz pəncəsini qoyub, böyük payı öz tərəfinə çəkib, Ermənistanın qabağına isə cəmi 26 faiz itələyir, sabah bu, 20 də ola bilər”.

Politoloqa görə, Ermənistan üçün naməlum duruma baxmayaraq, Azərbaycan və Türkiyə öz hədəfinə çatıb:

“Ermənistan hakimiyyəti üçün yolun “dəhliz” adlandırılmaması vacib idi. Amma artıq bu ifadəni dillərinə gətirməyə başlayıblar. Orta Dəhlizdən danışırlar. Hər halda, dəhliz sözü mövcuddur. “Zəngəzur dəhlizi” ifadəsindən yayınmağa çalışırlar, amma sonda bu sözü də təkrarlayacaqlar”.

Tarix
2026.01.20 / 10:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla