Yuxarı

Hüseynov qardaşlarının anası ermənidir - Fotofakt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hüseynov qardaşlarının anası ermənidir - Fotofakt

Uzun illərdir erməni diasporunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən və Azərbaycana qarşı əxlaq terrorunun başında dayanan Emin və Mehman Hüseynovların anası Firəngiz Hüseynovanın erməni olması ilə bağlı məlumatlar yeni deyil.

Axar.az bununla bağlı vaxtilə sosial şəbəkə və mediada yayılan faktları, gündəm olmasını nəzərə alaraq, yenidən təqdim edir:

Sənədlərdən aydın olur ki, 1947-ci ildə Bakıda anadan olan Firəngiz İbrahim qızı Hüseynova əvvəlki ad və soyadı Yevgeniya Qriqoryevna Ovanesova olub.

Arxiv sənədlərində Yevgeniya Ovanesovanın (Firəngiz Hüseynova) anası miliyyətcə erməni olan Arfeniya Sergeyevna Ovanesova kimi qeyd edilib.

Yevgeniya Ovanesovanın qızlıq soyadının Bədirzadə kimi qeyd olunmasına səbəb onun İbrahim Bədirzadə və Taynulina Mariya Yarullayevna (1912-ci ildə Rusiyanın Stavropol şəhərində anadan olan Krım tatarı) tərəfindən övladlığa götürülməsidir.

Yevgeniya Ovanesovanın adı 1967-ci ildə 20 yaşı olanda Qazaxıstanın Kostanay şəhərinin nikah dairəsində Firəngiz olaraq dəyişdirilib.

2018-ci ilin avqustunda vəfat edən Yevgeniya Ovanesova Suraxanı rayonunun Əmircan qəsəbəsi yaxınlığında yerləşən və camaat arasında “Tatar qəbiristanlığı” adlanan məzarlıqda dəfn olunub. Onun məzar daşında Firəngiz Hüseynova yox, “Frəngiz İbrahim qızı” yazılması diqqət çəkir.

Həmin məzarlıqda xeyli sayda və kompakt şəkildə erməni qəbirləri var.

Hüseynov qardaşları analarının tatar əsilli olduğunu iddia etsələr də, sənədlər onun erməni əsilli olduğunu təsdiqləyir.

Bu baxımdan qardaşların Azərbaycana qarşı casus fəaliyyəti göstərmələri, son illər isə əxlaq terroru ilə dəyərlərə hücumları təsadüfi deyil.

Tarix
2026.02.16 / 13:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla