50-ci illərdə çıxan bir adı
Lənkəranski kimi bir oğula tətbiq etmək fikrimcə, düzgün
deyil.
Axar.az xəbər verir ki, bunu tanınmış hüquqşünas, sabiq polis
işçisi, polkovnik Mahmud Hacıyev Rövşən Moderator.az-a geniş
müsahibəsində Lənkəranskinin qətlinə münasibət bildirərkən
deyib.
Onun sözlərinə görə, Lənkəranski sözün yaxşı mənasında lotu
olub:
"Rövən Lənkəranskiyə "qanuni oğru" deməyə dilim gəlmir. Öncə bir
şeyə diqqət çəkim ki, II Dünya müharibəsindən sonra iqtisadi
baxımdan ağır vəziyyətə düşən, ayrı-ayrı oğru və qrupların
fəaliyyətini əngəlləyə bilməyən SSRİ-də oğurluq geniş yayılmışdı.
Mənzillər, banklar qarət edilirdi. Həmin ərəfədə Stalin hətta
Cinayət Məcəlləsində profilaktik tədbir kimi maddələrin cəza
hissəsinin çəkisini də artırdı. Məqsəd oğurluq, quldurluq,
soyğunçuluq hallarının azalmasına nail olmaq idi. Həmin ərəfədə bir
neçə dəfə yatıb çıxanlara, oğurluqla çox məşğul olanlara "qanuni
oğru" adı qoydular. II Dünya müharibəsindən sonrakı dövrdə, 50-ci
illərdə çıxan bir adı indiki şəraitdə kriminal aləmin bir
avtoritetinə, Rövşən Lənkəranski kimi bir adama tətbiq etmək,
fikrimcə, düzgün deyil.
İş ondadır ki, II Dünya müharibəsi sonrakı meydana çıxan bu adı
yeni şərait və şərtlərə uyğun olaraq başqa ifadə ilə əvəz etmək
kriminal aləmin yadına düşmür və yəqin ki, bu gündən sonra da
bununla məşğul olmayacaqlar, bu proses davam edəcək. Lənkəranski
sözün tam, yaxşı mənasında lotu idi. O, kriminal aləmdə sözü keçən
hörmətli şəxs idi. Nə Rövşənin, nə də onun ətrafının heç bir
quldurluqda, soyğunçuluqda, narkotik işində əlləri olub. Kiminsə
mənzilini qarət etsinlər, kiminsə nəyinisə oğurlasınlar, hansısa
narkotik alqı-satqısı təşkil etsinlər – belə bir şey olmayıb. Bu
işlərlə məşğul olmayan şəxsə qanuni oğru demək, zənnimcə, düzgün
deyil. Lənkəranski sözü keçən hörmətli bir lotu idi".
Sabiq polis rəisinin sözlərinə görə, Rövşən qürbətdə yaşayan
həmyerlilərimizə hər zaman dayaq olub:
"Rövşən Ukrayna, Rusiya və Türkiyədə böyük nüfuz sahibi idi. O,
bu nüfuzundən həm böyük bizneslə, həm pərakəndə alverlə məşğul
olan, həm də bir qarın çörəyə işləyən azərbaycanlıların himayə
edilməsində istifadə edirdi. Onun nüfuzu bu üç ölkədə yaşayıb
işləyən soydaşlarımız üçün böyük bir çətir idi.
Bu ölkədə yaşayan azərbaycanlıların başına hər hansı bir hadisə
gələn zaman onlar hüquq-mühafizə orqanlarına müraciət edəndə, çox
vaxt, həmin hüquq-mühafizə orqanları gəlmə azərbaycanlıların
problemini həll etmir, buna maraq göstərmirdi. Yaxud, Azərbaycanın
bu dövlətlərdəki səfirliyinə, konsulluğuna müraciət edəndə hardasa
bürokratiya, hardasa başdansovduluq bu problemin həllinə mane
olurdu. Hətta bu problemin həllinə kimsə ürəkdən can yandırsa belə,
məsələnin həlli üçün bir qədər zaman tələb olunurdu. Yəni həmin
azərbaycanlıların hüquqlarının bərpası ciddi problemə çevrilirdi.
Belə məsələləri azərbaycanlılar üçün Rövşən kimi oğullar həll
edirdi. Onlar sözün həqiqi mənasında bu kimi problemləri 5 dəqiqəyə
həll edirdi. Ona görə də onlar bu qədər böyük hörmət və nüfuz əldə
edirdilər
Polkovnik Lənkəranskinin bir neçə dəfə həbs olunduğunu da
xatırladıb. O, Rövşənin "oğru" maddələri ilə həbs yaşamadığını
bildirib:
"Onun bir neçə dəfə yatıb çıxması heç vaxt soyğunçuluqla,
oğurluqla, narkotiklə bağlı olmayıb. O, həmişə qeyrətli maddələrlə
yatıb. Mən məsələyə bu nöqteyi-nəzərdən yanaşıram.
Bəzi millət vəkillərinin, siyasilərin ona hörmətlə yanaşmasına
gəlincə, mən onları alqışlayıram. Onlar hardasa mənim sizə
dediklərimi başa düşürlər, məsələyə oğurluq kontektsindən
yanaşmırlar. Rövşənə azərbaycanlıların qeyrətini, təəsübünü,
qayğısını çəkən bir oğlan kimi yanaşırlar. Sizə elementar bir misal
çəkim. 15 il bundan öncə yaxın bir dostum mənə bir söhbət elədi.
Bu, Rövşən kimi böyük nüfuza sahib olan Hikmət haqqındadır. Dostum
deyir ki, o, Moskva aeroportundan Bakıya uçmaq ərəfəsində
ayaqyoluna dəyir. Bu zaman rus kriminal aləminin iki iricüssəli
şəxsi ayaqyolunda bunun cibindəki 7 min dollar məbləğindəki pulu
götürür. O, nəhənc cüssəli iki rusa müqavimət göstərə bilməyib və
pulu əlindən çıxıb. Dostum deyir ki, mən çox gərgin, sarsılmış
halda çöldə məni gözləyən qohumumun yanına gəldim. O, nə baş
verdiyini soruşub. Dostum isə başına gələnləri danışıb və sonra
soruşub ki, hüquq-mühafizə orqanlarına müraciət edim? Qohumu isə
bildirib ki, bunu güc orqanları həll edən deyil.
Dostum deyir ki, qohumum elə aeroportdan Hikmətin yaxın bir
dostuna zəng etdi. Hikmətin dostu isə soruşdu ki, aeroportun hansı
hissəsindəsiz? Harda oturmusunuzsa, orada da qalın, indi məsələ
həll olunacaq.
Dostum deyir ki, heç 20 dəqiqə keçmədi ki, yoxa çıxan ruslar
qəfildən peydə oldular və məndən aldıqları 7 min dollar pulu geri
qaytardılar. Həmin pul Hikmətin hörmətinə, sözünə görə qayıtdı. Biz
Rövşənə də, Hikmətə də bu kontekstdən yanaşmalıyıq. Mənim hər
ikisinə polis zabiti, polkovnik, keçmiş polis işçisi kimi böyük
simpatiyam var".