Yuxarı

SEPAH Bakı-Ceyhana hücum edə bilər? - Risk və təhdid artdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
SEPAH Bakı-Ceyhana hücum edə bilər? - Risk və təhdid artdı

İranın Bakı-Tiflis-Ceyhan kəmərini hədəfə alacağı haqda iddialar/informasiyalar Naxçıvana hücum fonunda daha da aktuallaşıb. Kəmərə hücum çağırışlarının daha öncə - 12 günlük müharibədən sonra gündəmə gəldiyi İranda rejimə yaxın ekspertlər/analitiklər “Müharibədə BTC-ni vurmaq Hörmüz boğazını bağlamaqdan daha effektiv ola bilər” çağırışları edirdilər. Bu çağırışlar iki məntiqə söykənir.

Birincisi, Hömrüz boğazını bağlamaq İrana dost ölkələrə də problemlər yaradır, eyni zamanda, qlobal narazılığa səbəb olacaq;

İkincisi, “sionistlərin İrana hücum edən təyyarələri Azərbaycan nefti ilə təchiz olunur, BTC-ni vurmaq İsrailin hücum potensialına zərbə endirməkdir” tezisi önə çəkilir: İran rejiminin BTC-yə mümkün hücumu “özünümüdafiə hüququ” iddiası ilə əsaslandırılır.

Beynəlxalq media İran rəsmilərinə istinadən BTC-nin hədəfdə olduğunu yazırlar. “Middle East Eye” nəşri bir neçə gün öncə dərc etdiyi “İranın “düşmən neft xətlərinə” təhdidi İsraili təmin edən Azərbaycan-Türkiyə boru kəməri ilə bağlı narahatlıq doğurur” sərlövhəli məqaləsində SEPAH komandirinin müşavirinə istinad edilir. Qeyd olunur ki, müşavir “Tehran düşmənlərinin neft təchizatı xətlərini hədəfə alacaq və regionda neft ixracının davam etməsinə icazə verməyəcək” deyib.

Yüksək vəzifəli ərəb mənbələri nəşrə bildiriblər ki, SEPAH komandanının müşavirinin açıqlaması İranın BTC-ni hədəfə alacağına dair narahatlıq yaradır. Mənbə deyib ki, İranın “düşmən neft xətlərinə” zərbə endirmək təhdidi yalnız BTC boru kəmərini nəzərdə tuta bilər, çünki İsrail bu kəmər vasitəsilə xam neft alır.

Məlumatların analizi İranın Naxçıvandan sonra BTC-yə hücum edə biləcəyi risklərini gücləndirir.

Tarix
2026.03.06 / 11:43
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla