Yuxarı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı şok etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə Azərbaycanı düşmən sayanların sayı şok etdi

Bu yaxınlarda Türkiyədə keçirilmiş rəy sorğusunda Azərbaycan Türkiyənin dostu olan ölkələr sırasında birinci yerdə qərarlaşsa da, rəyi soruşulanların 20 faizi Azərbaycanı düşmən adlandırıb. Onlardan 13 faizi isə hər hansı fikir və ya rəy bildirməyib.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Musa Quliyev APA-ya geniş müsahibəsində deyib.

“Bu rəqəmlər olduqca böyük təəssüf və təəccüb doğurur, lakin eyni zamanda belə bir sual ortaya qoyur: bunlar hansısa anlaşılmazlığın, yoxsa kimlərsə tərəfindən aparılan ardıcıl işin nəticəsidir?

Müşahidələrdən aydın olur ki, Azərbaycan təbliğatında və mətbuatında Türkiyəyə münasibətdə göstərilən həssaslıq heç bir halda Türkiyə təbliğatında və mətbuatında Azərbaycana münasibətdə nümayiş etdirilmir. Azərbaycanı qardaş, dost və müttəfiq ölkə kimi vurğulayan fikirlərə, yazılara nadir hallarda rast gəlmək olar. Tam tərsinə, bir sıra tendensiyalar onu deməyə əsas verir ki, Türkiyədə müxtəlif qruplaşmalar Azərbaycan əleyhinə fəaliyyətlərini bu gün də ardıcıl və açıq şəkildə davam etdirirlər”, - o bildirib.

Tarix
2026.03.08 / 00:28
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Əliyevə mesaj göndərdi: Nələrə işarə etdi?

Almaniya və İspaniya diplomatları da təxliyə olundu

Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik etdi

SEPAH-dan növbəti böhtan: Azərbaycanı hədələdi - Foto

Hakimiyyətdəki Türkiyə əleyhinə qruplaşma zərərsizləşdirildi

Azərbaycan səfirliyinin avtomobili qəzaya düşdü - Foto

Fidan Türkiyə və Azərbaycanla bağlı xəbərdarlıq etdi

Bakıdan ABŞ-ın Naxçıvanla bağlı bəyanatına reaksiya

Qalibafdan xəbərdarlıq: Ölkələr sülhdən zövq almayacaqlar!

İlham Əliyevdən 8 Martla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla