Yuxarı

Ölkə faktiki müharibə şəraitindədir - Nəhyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkə faktiki müharibə şəraitindədir - Nəhyan

Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda Birləşmiş Ərəb Əmirlikləri faktiki olaraq müharibə vəziyyətindədir.

Axar.az xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan deyib.

"Hazırda müharibə şəraitində yaşayırıq, söz verirəm ki, ölkəmizin və onun sakinlərinin müdafiəsi ilə bağlı üzərimə düşən öhdəlikləri yerinə yetirəcəyəm. Hər kəsə söz verirəm ki, BƏƏ bu vəziyyətdən daha güclü çıxacaq", - o bildirib.

Prezident həmçinin vurğulayıb ki, ölkənin silahlı qüvvələrinin dövlət təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirir.

Qeyd edək ki, İsrail və ABŞ İrana qarşı 28 fevraldan hərbi əməliyyata başlayıb. Əməliyyatın ilk dəqiqələrində endirilən zərbələrlə İranın ali dini lideri Əli Xamenei başda olmaqla, 40-a yaxın yüksək səviyyəli məmur və komandir ölüb.

İran ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinə və İsrailə zərbələr endirir. Tehran Körfəz ölkələrinin mülki obyektlərini də hədəf alır.

Tarix
2026.03.08 / 01:30
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla