Yuxarı

“Krokus”da terror törətmiş 4 nəfərə ömürlük həbs verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Krokus”da terror törətmiş 4 nəfərə ömürlük həbs verildi

Rusiyanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi “Krokus Siti Holl”dakı terror hücumunun dörd iştirakçısını ömürlük həbs cəzasına məhkum edib.

Axar.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Məlumata görə, Dalercan Mirzəyev, Saidəkrəm Rəcəbəlizadə, Şəmsəddin Fariduni və Məhəmmədsabir Feyzova ömürlük həbs cəzası verilib. İş üzrə təqsirləndirilən şəxslər terror hücumu, terror fəaliyyətinə kömək, terror fəaliyyəti həyata keçirmək məqsədilə təlim keçmək və digər cinayətlərdə təqsirli biliniblər.

Məhkəmə həmçinin onların hər birinə 990 min rubl məbləğində cərimə tətbiq edib. Onlar cəzalarını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Bundan əlavə, məhkəmə terror hücumu işi üzrə daha 11 təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verib. Bunlar Umecan və Müstəqim Soliyevlər, Şahramcan Qadayev, Zubaydulla İsmayılov, Hüseyn Xamidov, Məhəmməd Şərifzadə, Yaqubcani Yusifzadə, Nazrimad Lutfullayi, Cumaxan Qurbanov, Husen Medov və Cəbrayıl Auşevdir.

Digər dörd təqsirləndirilən şəxs 19 il 11 aydan 22,5 ilə qədər həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, “Krokus Siti Holl”da terror aktı 22 mart 2024-cü ildə baş verib. Hadisə nəticəsində 150 nəfər həlak olub.

Tarix
2026.03.12 / 12:48
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla