Yuxarı

Bakıda bu evlərin qiyməti kəskin düşəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu evlərin qiyməti kəskin düşəcək

Paytaxtda son günlər baş verən subasmalar əmlak bazarı ilə bağlı yeni narahatlıqlar yaradıb. Bu hadisələr qiymətləri aşağı salacaqmı?

Axar.az xəbər verir ki, mövzu ilə bağlı Musavat.com-a şərh verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, paytaxtda əmlak qiymətləri ciddi şəkildə enəcək.

“Onsuz da uzun müddət idi ki, alıcı qıtlığı var idi. Hazırda ümumiyyətlə alıcı yoxdur. Bu da qiyməti salacaq. Subasmalar artıq alıcı davranışına təsir etməyə başlayıb. İnsanlar belə riskli ərazilərdən daha çox çəkinir və bu da həmin yerlərdə mənzillərə tələbatın azalmasına gətirib çıxarır. Nəticədə qiymətlərdə enmə müşahidə oluna bilər. Subasmaların müxtəlif səbəbləri var. Bu, təkcə kanalizasiya sistemlərinin yetərsizliyi, suötürücü xətlərin düzgün qurulmaması ilə bağlı deyil. Sənədsiz tikililərin çıxarışı yoxdur. Həmin fərdi evlər rəsmi olaraq yaşayış məntəqəsi kimi tanınmadığından, əkin-biçin üçün nəzərdə tutulduğundan, orada kommunikasiya da lazımi səviyyədə qurulmayıb.

Digər mühüm amillərdən biri də şəhərdə aparılan söküntülərdir. Bu proses də alıcılar arasında müəyyən narahatlıq yaradır. İnsanlar ehtiyat edirlər ki, aldıqları ev gələcəkdə sökülə bilər və veriləcək kompensasiya gözləntilərini qarşılamaz. Bundan əlavə, regionda baş verən gərginliklər və müharibə riskləri də psixoloji təsir göstərir. Dünyanın müxtəlif yerlərində baş verən hadisələr, hətta inkişaf etmiş və cəlbedici investisiya mərkəzləri olan ölkələrdə belə qeyri-sabitlik ehtimalı iri maliyyə imkanlarına malik insanlarda da tərəddüd yaradır, psixoloji travma yaradıb ki, eyni hadisə burada da baş verə bilər”, - o bildirib.

Qiymətlərin hansı ərazilərdə daha çox enə biləcəyinə gəldikdə, ekspertin fikrincə, əsasən Abşeron və Xəzər rayonlarında ucuzlaşma müşahidə olunacaq:

“Ağ Şəhərdə isə yollarda problem olmuşdu, evlərə xəsarət dəyməyib. Belə hallarda qiymətlərə təsir nisbətən zəif olur. Ümumilikdə isə orada tikililərdə satışların az olması da qiymət dəyişikliklərinin kəskin hiss olunmamasına səbəb olur”.

Tarix
2026.04.06 / 19:20
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla