Yuxarı

ABŞ, İsrail və İran məğlubdur: Qaliblər sırasında isə Bakı da var

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ, İsrail və İran məğlubdur: Qaliblər sırasında isə Bakı da var

ABŞ/İsrail-İran müharibəsinin indiki mərhələsinin hələlik 3 məğlubu var: ABŞ, İsrail və İran. ABŞ beynəlxalq nüfuzunu itirdi və Trampın timsalında özünün barbar dövlət olduğunu göstərdi; İsrail İranı məğlub edə bilmədi və yəqin ki, bundan sonra Yaxın Şərqi xırda dövlətlərə bölməyi planlaşdıran Yunon Oded layihəsindən əl çəkəcək; İran isə ən həyati önəm daşıyan infrastrukturlarını itirərək ən azı 50 il dala düşdü.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz qeyd edib.

O bildirib ki, indiki mərhələnin qalibləri də var - Türkiyə, Azərbaycan, Orta Asiya, Çin, ərəb ölkələri, qismən Rusiya:

“Türkiyə İranın geriləməsi ilə Yaxın Şərqdə, Cənubi Qafqazda və Mərkəzi Asiyada ən mühüm rəqiblərindən birinin ən azı müvəqqəti olaraq passivləşməsinə nail oldu. Bundan əlavə, o, 2000-ci illərin əvvəlindən həyata keçirmək istədiyi, amma İran və Rusiyanın maneələri ilə qarşılaşdığı “4 dəniz” projesini daha aktiv şəkildə reallaşdırmaq fürsəti qazandı;

Azərbaycan onun əl-qoluna dolaşan fars şovinizminin təzyiqlərindən böyük ölçüdə xilas oldu, hətta onu (təbii ki, islah olunmuş İranı) özünün dostuna çevirmək imkanına yiyələndi;

Orta Asiya Türk dünyası içərisində inteqrasiya prosesini daha da genişləndirmə fürsəti yaxaladı;

Çin Orta və Cənub dəhlizində baş ağrısından başqa heç bir işə yaramayan bir aktoru zərərsizləşdirdi və daha sıx şəkildə özünə bağlamaq imkanı əldə etdi;

Ərəb dünyası daha münbit konsolidasiya şəraitində Türkiyə üzərindən Avropaya çıxış fürsəti qazandı (Buna bir tərəfdən İran, digər tərəfdən İsrail mane olurdu);

Rusiya Hörmüz boğazının bağlanması nəticəsində dünya neft bazarında yenidən aparıcı oyunçuya çevrildi və s.

Amma bütün bunlar müharibənin ilk hissəsinin nəticələridir. Müharibənin yekun nəticəsi isə 15 günlük “istirahət”dən – atəşkəsdən sonra məlum olacaq. Və bu müharibə İran və İsrail arasında yox, ABŞ və Çin arasında gedəcək. İran və İsrail bu böyük müharibənin sadəcə poliqonu olacaq. Müharibələri isə adətən poliqonlar yox, müharibə iştirakçıları qazanırlar”, - o bildirib.

Tarix
2026.04.08 / 12:01
Müəllif
Axar.az
Digər xəbərlər

İran danışığa məcbur edilib, deməli... – Zülfüqarov

İrana elə bir zərbə vuruldu ki... - Ayağa qalxa biləcək?

İlham Əliyev qazaxıstanlı nazirləri qəbul etdi - Foto

İranın şərtləri budur - ABŞ qəbul edə bilməz!

Bu, İran üçün qələbə deməkdir

Rəsmi Bakıdan ABŞ və İran arasındakı atəşkəsə reaksiya

Litva baş naziri Azərbaycana gəlir

Netanyahu sülhə imkan vermir: hücuma keçdi

XİN-dən Ağdaban qətliamı ilə bağlı açıqlama

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla