Yuxarı

Azərbaycanda bizə dedilər ki... - Minasyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bizə dedilər ki... - Minasyan

Qəbələdə keçirilən görüş çərçivəsində regiondakı məsələlər də müzakirə olunub, əlbəttə, qonşuluğumuzda baş verən hadisələr böyük təsirə malikdir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu İrəvanda keçirilən mətbuat konfransında “Erməni Şurası” Analitik Mərkəzinin eksperti Narek Minasyan deyib.

Ekspertin sözlərinə görə, iki tərəf bir yandan Ukraynadakı müharibə, digər yandan isə İran ətrafında baş verən hadisələrin Cənubi Qafqaz üçün daha ciddi çağırışlar yaratdığına dair həmrəydir:

“Hazırda Cənubi Qafqaz müəyyən mənada sabitlik və sülh adasına çevrilsə də, ətrafda isə gərgin proseslər gedir. Naxçıvan hava limanına hücumdan sonra Azərbaycanın bu yöndəki narahatlıqları daha da artıb. Bu baxımdan, münaqişənin genişlənməməsi və vəziyyətin mümkün qədər tez sabitləşməsi həm Ermənistan, həm də Azərbaycanın maraqlarına uyğundur”.

Minasyan əlavə edib ki, Qəbələdə regional, xüsusən də İran ətrafındakı hadisələrin “Tramp Marşrutu” və ya TRIPP layihəsinin həyata keçirilməsinə mümkün təsiri də müzakirə olunub.

O bildirib ki, İslamabaddakı danışıqlar uğursuzluqla nəticələnib, vəziyyətin necə inkişaf edəcəyi, bunun bölgə üçün hansı nəticələr doğuracağı ilə bağlı qeyri-müəyyənlik yüksəkdir.

“Diqqətçəkən məqamlardan biri budur ki, Azərbaycan tərəfi kifayət qədər açıq mesaj verdi, onların yanaşmasına görə, Ermənistan və Azərbaycan təhlükəsizlik baxımından eyni qayıqdadır, regional çağırışlar ortaqdır, buna görə də mövcud vəziyyəti düzgün qiymətləndirmək və onu möhkəmləndirmək lazımdır. Bununla yanaşı, belə bir fikir də səsləndirilib ki, iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi və nizamlanma prosesində əldə olunan nəticələr müəyyən təhlükəsizlik immuniteti yaradır. Əks halda, üçüncü ölkələrin müdaxiləsi riski daha yüksək olar və regiondakı münaqişə coğrafi baxımdan genişlənə bilərdi”, - Minasyan əlavə edib.

Xatırladaq ki, aprelin 10-12-də “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib.

Tarix
2026.04.13 / 13:15
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla