Yuxarı

ABŞ da, Rusiya da bu ölkədə uduzdu: udan kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ da, Rusiya da bu ölkədə uduzdu: udan kimdir?

Macarıstanda keçirilən parlament seçkilərində Viktor Orbanın məğlubiyyəti bir çoxları üçün gözlənilməz idi. Çünki seçki ərəfəsində ABŞ Prezidenti Donald Tramp və Rusiya açıq şəkildə Orbanı dəstəkləyirdi. Hamı inanırdı ki, Orban hansısa şəkildə hakimiyyəti qoruyacaq.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Turab Rzayev 12 apreldə Macarıstanda keçirilən parlament seçkilərində hazırkı Baş nazir Viktor Orbanın koalisiyasının uduzması və müxalif Peter Magyarın rəhbərlik etdiyi Tisa Partiyasının qalib gəlməsi ilə bağlı danışarkən deyib.

“Hətta çox maraqlıdır ki, seçki öncəsi ABŞ vitse-prezidenti Ceyms Devid Vens Budapeşt meydanına canlı bağlantıyla bağlanmışdı və açıq şəkildə Orbanın namizədliyini dəstəkləmişdi. Orbanın İsraillə də çox yaxşı münasibətləri var idi”, - o bildirib.

Ekspertin sözlərinə görə, Orbanın məğlubiyyəti Avropa Birliyi daxilində həmrəyliyi artıracaq:

“Düşünürəm ki, bundan sonra Macarıstan yenidən liberal mühitə qayıda bilər. Müxalifət təkcə qalib gəlmədi, həm də konstitusion üstünlük əldə etdi. Orbanın istənilən qərarını dəyişdirə və ya ləğv edə bilərlər. Lakin Peter Magyar elə Orbanın yetirməsidir. Onun izlədiyi siyasət Orbanın siyasətindən nə qədər fərqli olacaq?! Bunu demək çətindir”.

Tarix
2026.04.13 / 17:07
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

Ermənistanda və Azərbaycanda müəyyən dairələr...

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Prezident forum iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Kobaxidzeyə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla