Yuxarı

Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi...

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 15-də parlamentdə çıxışı zamanı deyib ki, Ermənistan–Rusiya münasibətləri hazırda indiyədək heç vaxt olmadığı qədər yüksək səviyyədədir. O, hətta “bunun əksini göstərməyə çalışanları əsl xarici agentlər” adlandırıb.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Nikol Paşinyan açıqlamasının bu hissəsinin barıtını çox edib. Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə son görüşündəki müzakirələr münasibətlərin hamar olmadığından xəbər verirdi. Əgər Paşinyan iki ölkə arasındakı siyasi münasibətlərdəki gərginliyə rəğmən, iqtisadi münasibətlərin sabitliyinə işarə edibsə, burda da rəqəmlər geriləməni göstərir. Ötən il Rusiya və Ermənistanın ticarət dövriyyəsi 6,4 milyard dollar təşkil edib. Halbuki iki il əvvəl dövriyyə 11 milyard dollar idi. Görünür, Paşinyan “münasibətlər yüksək səviyyədədir” deməklə seçki öncəsi seçiciləri narahatlıq üçün əsas olmadığına inandırmağa çalışır. Paşinyan həm də Kremlə mesaj göndərir ki, mən seçkidə qələbə qazacanağıma görə, münasibətləri gərginləşdirməyək”, - politoloq bildirib.

E.Şahinoğlu xatırladıb ki, Kremldə Ermənistan istiqamətinə Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko cavabdehdir:

“O isə erməni həmkarlarıyla görüşlərdən imtina edib. Ancaq orası da var ki, Kremldə Paşinyanın üstündən xətt çəksələr də, Ermənistanda parlament seçkisindən sonra böyük ehtimalla yenidən onunla yola davam etmək məcubiriyyətində qalacaqlar.

Nikol Paşinyan parlamentdəki çıxışının sonrakı hissəsində müxalifəti nokauta salıb. Müxalifət liderlərinini bir-biri ilə yarışaraq sülh şərtlərinə yenidən baxılmasından danışdıqlarını xatırladan Paşinyan rəqiblərinin Azərbaycanla müharibədə maraqlı olduğunu fikrini bir daha səsləndirib. Həqiqətən “sülh şərtlərinə yenidən baxılmalıdır” nə deməkdir? İki ölkə arasında sülh sazişi paraflanıb, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyıb. Erməni radikallar isə açıq deməsələr də, ona işarə edirlər ki, reallıqları nəzərə almayaraq mövcud şərtlər altında Azərbaycanla sülh sazişi imzalamayacaqlar, müxtəlif “tələblər” irəli sürəcəklər. Elə bu “tələblərə” görə iki ölkə arasında 26 il davam edən danışıqlar nəticə vermədi və Azərbaycan güc yolu ilə ərazi bütövlüyünü təmin etdi”.

Tarix
2026.04.15 / 20:33
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla