Yuxarı

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Ermənistanda revanşist qüvvələrin əsas simalarından sayılan Robert Köçəryan yenidən Qarabağ mövzusunu qabardaraq hədsiz açıqlamalar verib. Köçəryan yeni müharibənin başlana biləcəyini də deyib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Robert Köçəryan Masis şəhərinin sakinləri ilə görüşdə bu gün “Qarabağa qayıdış hüququndan” danışmağın real olduğunu iddia edib.

“Ermənistan” blokundan baş nazir postuna namizəd kimi çıxış edən Köçəryan bildirib ki, guya bu məqsədə nail olmaq mümkündür və indiki beynəlxalq şərait buna imkan verir.

Azərbaycan əleyhinə sərt mövqeyi ilə tanınan keçmiş prezident çıxışında dünyada vəziyyətin qeyri-sabit olduğunu, buna görə də indi hərəkət etməsələr, gələcəkdə belə imkanın əldən çıxa biləcəyini söyləyib. O, Sovet İttifaqının dağılmasını xatırladaraq həmin dövrdə “tarixi pəncərə” açıldığını və ermənilərin bundan istifadə etdiyini deyib.

Köçəryan daha sonra açıq şəkildə vurğulayıb ki, gələcəkdə Cənubi Qafqazda nə baş verəcəyini heç kim bilmir və on ildən sonra yeni şərait yarana bilər. Onun bu fikirləri erməni revanşistlərin regionda yenidən qarşıdurma və geosiyasi böhran gözləntilərinə ümid bağladığını göstərir.

Keçmiş prezident Paşinyan hakimiyyətini həmin “pəncərəni bağlamaqda” ittiham edib və Ermənistanın bunu yenidən açmağa çalışmalı olduğunu vurğulayıb. O, “qayıdış hüququ” məsələsinin beynəlxalq səviyyədə tanınmasına çalışacaqlarını da əlavə edib.

Tarix
2026.04.25 / 21:48
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla