Yuxarı

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin 1995-ci ildə etdiyi bir məruzənin videosu yayılıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, həmin məruzə Azərbaycanda istifadə etdiyimiz ana dilinin adının müəyyənləşdirilməsi ilə bağlı aparılan müzakirələrə həsr olunub.

O dövrdə ictimai və elmi dairələrdə “dilimizin adı necə olmalıdır?” sualı ətrafında geniş debatlar gedirdi. “Azərbaycan dili”, “türk dili”, “Azərbaycan türk dili”, “Azərbaycan türkcəsi” kimi müxtəlif təkliflər müzakirə olunurdu.

Yayılan görüntülərdə Ramiz Mehdiyev alimlərin, yazıçıların və digər tanınmış ziyalıların mövqelərini əks etdirən siyahını oxuyur. O, adları bir-bir sadalayaraq, həmin şəxslərin dilimizin hansı adına üstünlük verdiklərini açıqlayır. Videoda diqqət çəkən məqamlardan biri də odur ki, iclasda ümummilli lider Heydər Əliyev də iştirak edir və toplantıya rəhbərlik edir.

Çıxış zamanı Ramiz Mehdiyev bildirir ki, sorğu və müzakirələrdə iştirak edən 27 alimdən 15-i “Azərbaycan dili” adının saxlanılmasına üstünlük verib. Bununla da həmin dövrdə aparılan müzakirələrin əsas istiqaməti və dövlətin mövqeyi formalaşmış olub.

Qeyd edək ki, Ramiz Mehdiyev hazırda müxtəlif ağır ittihamlarla gündəmdədir. Onun adı dövlətə xəyanət və digər ciddi cinayət iddiaları ilə bağlı hallandırılır. Bildirilir ki, sabiq məmur hazırda ev dustaqlığında saxlanılır.

Tarix
2026.04.29 / 22:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla