Yuxarı

Bu, Qarabağda ən ciddi humanitar çağırış olaraq qalır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Qarabağda ən ciddi humanitar çağırış olaraq qalır

Qarabağda mina problemi ən ciddi humanitar çağırış olaraq qalır.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpusun nümayəndələri qarşısında çıxış edərkən deyib.

H.Hacıyev bildirib ki, 1,5 milyondan çox mina bu ərazilərə yerləşdirilib:

“Bu, Azərbaycan ərazisinin təxminən 12-13 faizini əhatə edir. Təəssüf ki, bəzi ərazilərə mina təhlükəsinə görə giriş mümkün deyil”.

Prezidentin köməkçisi həmçinin itkin düşmüş şəxslər probleminin hələ də açıq qaldığını diqqətə çatdırıb:

“Biz hələ də 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı cavab ala bilməmişik. Kütləvi məzarlıqları və şahidləri axtarmağa davam edirik”.

Hikmət Hacıyev bu məsələ ilə bağlı Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinə də müraciət etdiyini vurğulayıb:

“Mən Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən dəstək istəmişəm ki, 30 ildən çoxdur yaxınlarından xəbər gözləyən ailələr müəyyən məlumat əldə edə bilsinlər”.

Tarix
2026.05.01 / 16:29
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla