Yuxarı

Heydərov Naxçıvanda müşavirə keçirdi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydərov Naxçıvanda müşavirə keçirdi - Video

Aprelin 30-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində xidməti müşavirə keçirilib.

Axar.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası FHN-in fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.

Müşavirədə nazir Kəmaləddin Heydərov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Naxçıvan Muxtar Respublikası FHN-in maddi-texniki bazasının günün tələbinə və texnologiyaların inkişafı dinamikasına uyğun olaraq daim yeniləndiyini, məhz bunun sayəsində baş verən fövqəladə hadisələrlə uğurla mübarizə aparıldığını diqqətə çatdırıb.

Struktur rəhbərlərinin məruzələrini dinləyən nazir Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində həlli vacib məsələlərə toxunub, müvafiq tapşırıqlarını verib.

Həmin gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi üçün yeni alınmış 5 ədəd “MAZ” markalı yanğınsöndürən avtomobilə baxış keçirib, onların taktiki-texniki göstəriciləri ilə yerində tanış olub.

Tarix
2026.05.01 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla