Yuxarı

Azərbaycanda isti su sayğacı olmayanların diqqətinə!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda isti su sayğacı olmayanların diqqətinə!

Nazirlər Kabineti isti su sayğacı olmayan mənzillərdə və ya yaşayış evində bir nəfər üçün aylıq isti su istehlakı normasını 2,5 m3 həcmində müəyyən edib.

Axar.az xəbər verir ki, bu, qurumun təsdiqlədiyi "İstilik enerjisindən istifadə Qaydaları"nda öz əksini tapıb.

Qaydalara əsasən, istehlakçı tərəfindən istifadə edilən istilik və isti su təchizatına görə hesablaşmalar istilik və isti su sayğaclarının göstəricilərinə əsasən,

- təbii inhisar subyekti qismində çıxış edən paylayıcı tərəfindən göstərilən istilik təchizatı ilə bağlı – İstehlakçının mənzilinin və ya yaşayış evinin ümumi sahəsinə (balkon, lociya, terras, şüşəbənd və eyvanlar istisna olmaqla) görə Tarif (qiymət) Şurası (2028-ci il iyulun 1-dən Tənzimləyici) tərəfindən bir kvadratmetr üzrə müəyyən edilmiş tariflərlə;

- digər paylayıcılar tərəfindən göstərilən istilik və isti su təchizatı ilə bağlı - istehlakçının mənzilinin və ya yaşayış evinin ümumi sahəsinə (balkon, lociya, terras, şüşəbənd və eyvanlar istisna olmaqla) görə bu Müqavilə ilə müəyyən edilmiş tariflərlə;

- isti su təchizatı ilə bağlı – istehlakçının mənzilində və ya yaşayış evində bir nəfər üçün aylıq isti su istehlakı norması nəzərə alınmaqla, qeydiyyatda olan şəxslərin sayına görə bu Müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçirilir.

Tarix
2026.05.04 / 19:14
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla